Əvəz Zeynallı ağır xəstədir: Xərçəng qara ciyərinə yayılıb
İşbazlar da Həccə adam aparır - AÇIQLAMA
Ölkədə faktiki hava açıqlandı
Hizbullah “silaha” əlvida deyir?
Bu gün 51 mindən çox şagird imtahan verəcək
Xaçmazda yeniyetmə qız itkin düşüb
Bakıda itkin düşən məktəbli tapıldı - Yenilənib
Maşın svetofora çırpıldı - QƏZA
Prezident Avropa Şurasının baş katibi ilə görüşüb
Araq beyninizi belə zədələyir - ARAŞDIRMA


10.09.2021  09:17 

“Ailəm acdır, qızımı satmalıyam”





A+  A-

Əfqanıstanda baş verən siyasi hadisələr fonunda iqtisadiyyat çökür, ölkədə insanlıq dramı yaşanır.
XəzərNews.az-ın xəbərinə görə, “The Times” çarəsiz atanın qızını satışa çıxarması ilə bağlı xəbərə səhifələrində yer verib.

Qəzetin müxbiri Antoni Loyd “Taliban” nəzarətində olan ölkədə vəziyyəti qələmə alıb. O bildirib ki, Əfqanıstanda qida və tibbi ləvazimat qıtlığı yaşanır, xalq çarəsizlikdən sahib olduğu hər şeyi satışa çıxarır:

“Əfqanıstanda Kabil çayı və məhəllələri boyunca insanlar şəxsi əşyalarını satışa çıxarır. Aclıqdan ölməmək üçün dörd yaşlı qızını barter edən bir ataya rast gəldim.

Bir ata uşağı üçün 170 funt sterlinq təklif etdi, başqa bir ata isə qızını 420 funt sterlinq qarşılığında girov verə biləcəyini söylədi”.

“Qızımı satmağa məhkum olmaqdansa, ölmək istərdim. Amma mənim ölümüm ailəmdən heç kimi xilas etməz. Digər uşaqlarımı kim saxlayacaq? Bu, seçimlə əlaqədar deyil, ümidsizliklə əlaqədardır”, - 38 yaşlı polis məmuru Mir Nazir “The Times”a bildirib.

O qeyd edib ki, “Taliban”ın Kabili ələ keçirməsindən əvvəl Qəznədə polis məmuru olub:

“İşimi itirdim. Paytaxta qaçdım. Ancaq “Taliban” məni burada da yaxaladı. Artıq əl arabası olan səyyar satıcıya çevrilmişəm. Arabanın kirayəsi qazancımdan çoxdur. Ailəm acdır.

Tanıdığım və uşağı olmayan mağaza sahibi bir adamdan təklif aldım. Qızım Safiyanın onunla yaşaması və mağazasında işləməyə başlaması üçün 20 min əfqan əfqanisi təklif etdi. Amma qızımı o qədər az pula satmayacağımı söylədim və 50 min istədim.

Hələ də qiymətdə razılaşmamışıq. Qızımın bizimlə qalmasındansa bir mağazada işləməsi onun həyatı üçün daha faydalı ola bilər. Bundan başqa, qiymət təklifim qəbul edilsə, bu pul ailəmi də xilas edə bilər”.

Xəbər 1915 dəfə oxunub.




13.04.2025  11:57 

Ölkədə faktiki hava açıqlandı

12.04.2025  10:32 

Mövqelərimiz atəşə tutuldu

11.04.2025  19:36 

Bu qurumun 4 milyon vergi borcu var

11.04.2025  19:30 

Borca görə intihara cəhd etdi

11.04.2025  16:32 

“Bolt” yalan danışır?

11.04.2025  14:05 

Sabahın havası: Yağmursuz...


BÜTÜN XƏBƏRLƏR +