Şabrançayda batan 2 nəfərin meyiti çıxarıldı
Bank kartlarından oğurluqlar davam edir
Ukrayna PUA-ları Bryanskı hədəf aldı: 18 ev yandı
Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video


02.04.2021  08:51 

Donetskdə ilk dəfə hərbi xidmətə çağırış elan olundu





A+  A-

Qondarma “Donetsk Xalq Respublikası”nın rəhbəri Denis Puşilin hərbi xidmətə çağırış elan edib.
XəzərNews.az xarici KİV-ə istinadən xəbər verir ki, 79 nömrəli fərman separatçı hökumətin saytında dərc olunub. Fərmana əsasən, 1994-2003-cü il təvəllüdlü kişilər aprelin 1-dən iyulun 15-dək hərbi xidmətə çağırılmalıdırlar.
Fərman 200 çağırışçının 6 ay müddətinə Xalq milisi sıralarında xidmət etmək üçün göndərilməsini nəzərdə tutur.

Rayon, şəhər, habelə şəhərlərdəki rayonların çağırış komissiyalarının əsas və ehtiyat tərkibinin təsdiq edilməsi də göstərilib. Yerli hakimiyyət orqanlarına Hərbi Komissarlıqla birlikdə çağırış fəaliyyətini həyata keçirmək, Səhiyyə Nazirliyinə - çağırışçıların stasionar və ambulator müayinəsinin (müalicəsinin) təşkili üçün tibb müəssisələrinin siyahısını müəyyənləşdirmək tapşırılıb.

Fərman martın 25-də imzalanıb və qüvvəyə minib.



Xəbər 1618 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?


BÜTÜN XƏBƏRLƏR +