Əvəz Zeynallı ağır xəstədir: Xərçəng qara ciyərinə yayılıb
İşbazlar da Həccə adam aparır - AÇIQLAMA
Ölkədə faktiki hava açıqlandı
Hizbullah “silaha” əlvida deyir?
Bu gün 51 mindən çox şagird imtahan verəcək
Xaçmazda yeniyetmə qız itkin düşüb
Bakıda itkin düşən məktəbli tapıldı - Yenilənib
Maşın svetofora çırpıldı - QƏZA
Prezident Avropa Şurasının baş katibi ilə görüşüb
Araq beyninizi belə zədələyir - ARAŞDIRMA


24.01.2020  15:58 

BMT-dən həyacan təbili - Bütün ölkələr koronavirusa qarşı hazır olsun!





A+  A-

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Çin Xalq Respublikasında meydana çıxan, Koreya Respublikası, Yaponiya, Tayland və Sinqapura yayılan yeni koronavirus alovlanması ilə bağlı Beynəlxalq Tibbi Sanitariya Qaydaları (2005) üzrə Fövqəladə Hallar Komitəsini çağırıb.
Bu barədə XəzərNews.az-a Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycan nümayəndəliyinin Qlobal Kommunikasiyalar Departamentindən verilən məlumatda bildirilib.

Qeyd edilib ki, 23 yanvar tarixində, Çin Xalq Respublikası, Yaponiya, Tayland və Koreya Respublikasının səhiyyə nazirliklərinin nümayəndələri komitəyə ölkələrindəki son vəziyyətlə bağlı məlumat veriblər:

“Çində müraciət hallarının sayının artması bildirilib və onlardan 557 nəfərdə yoluxma halı qeydə alınıb.

Çin hökümətinin təqdim etdiyi yeni epidemioloji məlumat, yoluxma və şübhəli halların, yoluxmuş əyalətlərin sayının artdığını, və hazırda qeydə alınmış hadisələrdən 4%-nin (557-dən 17-si) ölümlə nəticələndiyini aşkarlayıb.

Virusun insandan insana ötürülməsi qeydə alınıb və reproduktivlik dərəcəsi 1,4-2,5 kimi təqdim olunub. Çoxalma hadisəsi yalnız bir səhiyyə müəssisəsində müşahidə olunub. Qeydə alınmış halların 25%-nin ağır dərəcədə olduğu bildirilir. Xəstəliyin mənbəyi hələ də məlum deyil (daha çox, heyvan mənşəli olması ehtimal edilir) və insandan insana ötürülməsinin nisbəti hələ ki müəyyənləşməyib”.

Komitənin 23 yanvar tarixindəki iclasının qərarına əsasən, xəstəliyin əhatə dairəsi məhdud olduğundan və bəzi simptomları müəyyənləşdirilmədiyindən onun ictimai səhiyyə sahəsində beynəlxalq əhəmiyyət kəsb edən, fövqəladə vəziyyət elan edilməsi üçün hələ ki, erkəndir:

“Komitə üzvlərinin əksəriyyəti, virusdan yoluxma hallarının məhdud sayda və onun ikili təbiətə malik olmasını nəzərə alaraq, İctimai Səhiyyə sahəsində Beynəlxalq Əhəmiyyət kəsb edən Fövqəladə vəziyyətin elan edilməsinin hələ erkən olduğunu bildirdilər.

Baş direktor zəruri hesab edərsə, Komitə təxminən 10 gün ərzində və ya daha tez yenidən toplaşmağa hazırdır. Xəstəliyin digər ölkələrə yayıla biləcəyi ehtimal olunur. Bu səbəbdən, bütün ölkələr aktiv nəzarət, erkən diaqnostika, təcrid olunma, xəstəlik hallarının idarə edilməsi, ötürülməsinin izlənməsi və 2019-nCoV infeksiyanın yayılmasının qarşısının alınması daxil olmaqla, cavab tədbirləri görməyə hazır olmalı və bütün məlumatları ÜST-lə bölüşməlidir”.

Xəbər 2235 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.04.2025  11:57 

Ölkədə faktiki hava açıqlandı

12.04.2025  10:32 

Mövqelərimiz atəşə tutuldu

11.04.2025  19:36 

Bu qurumun 4 milyon vergi borcu var

11.04.2025  19:30 

Borca görə intihara cəhd etdi

11.04.2025  16:32 

“Bolt” yalan danışır?

11.04.2025  14:05 

Sabahın havası: Yağmursuz...


BÜTÜN XƏBƏRLƏR +