Əvəz Zeynallı ağır xəstədir: Xərçəng qara ciyərinə yayılıb
İşbazlar da Həccə adam aparır - AÇIQLAMA
Ölkədə faktiki hava açıqlandı
Hizbullah “silaha” əlvida deyir?
Bu gün 51 mindən çox şagird imtahan verəcək
Xaçmazda yeniyetmə qız itkin düşüb
Bakıda itkin düşən məktəbli tapıldı - Yenilənib
Maşın svetofora çırpıldı - QƏZA
Prezident Avropa Şurasının baş katibi ilə görüşüb
Araq beyninizi belə zədələyir - ARAŞDIRMA


29.11.2018  17:08 

“Böhranlara səssiz qalmayacağıq” - Əli Həsənov





A+  A-

“Azərbaycan və Türkiyə arasındakı iş birliyi, nə qonşu, nə də başqa ölkələri təhdid edir. Biz sülh və qarşılıqlı inkişaf naminə bütün dövlətlərlə əməkdaşlığa açığıq”.
XəzərNews.az xəbər verir ki, bunu Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Türkiyənin Anadolu Agentliyinə müsahibəsində deyib. O, bildirib ki, Ermənistan hakimiyyəti işğalçı siyasəti və Türkiyəyə qarşı əsassız iddiaları ilə öz xalqını təhdid edir: “Əgər Ermənistan sülh, Azərbaycanla Türkiyənin birlikdə etdiyi milli və beynəlxalq layihələrə qatılmaq istəyirsə, buyursun, işğal etdiyi topraqlardan çəkilsin. Sülhün tələb etdiyi şərtləri və hüququn tələblərini yerinə yetirsin. Biz Ermənistanı sülhə və barışa dəvət edirik”.

Ə. Həsənov xatırladıb ki, Heydər Əliyev Azərbaycanın Xəzər dənizindəki təbii qaz və neft yataqlarının istismarı zamanı Türkiyəni “iki dövlət bir millət” prinsipiylə hərəkət edərək layihələrdən kənar qoymadı: “Sözügedən layihələrin Bakı-Tiflis-Ceyhan boru xətti üzərindən dünyaya açıldığını bəyan etdi. Heydər Əliyev Türkiyənin bundan faydalanması üçün böyük mübarizə apardı. Biz istəyirik ki, bizi hər zaman dəstəkləyən, çətin günlərimizdə yanımızda olan Türkiyə olsun. Ona görə də Türkiyə ilə böyük proyektləri bir millətin iki dövləti kimi edirik. Star rafineri, Petkim də, həmçinin bundan sonra həyata keçiriləcək layihələrdə Azərbaycanın mövcud zənginliyindən Türk xalqının faydalanmasını istəyirik. Türkiyədə iş yerləri açıb rifah gətirmək istəyirik. Çünki biz eyni şeyləri Türkiyədən də görürük. Türkiyə hər zaman Azərbaycanın yanındadır”.

Azərbaycan və Türkiyə arasında ticarət-iqtisadiyyat əlaqələrinə də toxunan Həsənov bildirib ki, hazırki mövcud potensial yetərli deyil: “Dövlətlərimizin milli vəzifəsi var. Xalqlarımızın təhlükəsizliyini təmin etmək və yüksək inkişaf yolunda işləmələrinə davam etdirmək”.

Ə. Həsənov həmçinin Türkiyənin Suriyada yaşanan insanlıq dramına səssiz qalmadığını da ifadə edib: “Türkiyə həmin insanlara kömək etdi. Fələstində yaşanan hadisələrə Türkiyə və Azərbaycan olaraq yardım edirik. Birlikdə həyata keçirdiyimiz layihələr də milli vəzifəmizin bir hissəsidir. Çünki bu işlər bütün insanların rifahı üçündür.

Dünyada baş verən böhranlara səssiz qalmayacağıq. Sivil dünyanın bir parçası və iştirakçısı olaraq Türkiyə və Azərbaycan böhranları yaradan səbəblərin aradan qalxması üçün çalışır”.

Xəbər 1483 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.04.2025  11:57 

Ölkədə faktiki hava açıqlandı

12.04.2025  10:32 

Mövqelərimiz atəşə tutuldu

11.04.2025  19:36 

Bu qurumun 4 milyon vergi borcu var

11.04.2025  19:30 

Borca görə intihara cəhd etdi

11.04.2025  16:32 

“Bolt” yalan danışır?

11.04.2025  14:05 

Sabahın havası: Yağmursuz...


BÜTÜN XƏBƏRLƏR +