Əvəz Zeynallı ağır xəstədir: Xərçəng qara ciyərinə yayılıb
İşbazlar da Həccə adam aparır - AÇIQLAMA
Ölkədə faktiki hava açıqlandı
Hizbullah “silaha” əlvida deyir?
Bu gün 51 mindən çox şagird imtahan verəcək
Xaçmazda yeniyetmə qız itkin düşüb
Bakıda itkin düşən məktəbli tapıldı - Yenilənib
Maşın svetofora çırpıldı - QƏZA
Prezident Avropa Şurasının baş katibi ilə görüşüb
Araq beyninizi belə zədələyir - ARAŞDIRMA


02.11.2018  14:46 

“Lotu Quli“nin Azərbaycanda çəkilməmiş cəzası qalıb





A+  A-

Türkiyədə barəsində deport qərarı çıxarılan "Lotu Quli” ləqəbli azərbaycanlı qanuni oğru Nadir Səlifovla bağlı bəzi faktlar ortaya çıxıb.
XəzərNews.az xəbər verir ki, kriminal avtoritetə yaxın olan mənbə Open.az-a bildirib ki, Nadir Səlifov hazırda Türkiyə-Bolqarıstan sərhəddində yerləşən Miqrantların müvəqqəti saxlanma yerində saxlanılır: "Onunla ailə üzvlərinin görüşünə icazə verilmir. Yalnız vəkili ilə görüşə bilir”.

Mənbə qeyd edib ki, Türkiyədə Nadir Səlifovla bağlı çıxarılan deport qərarı böyük ehtimalla dəyişdirilməyəcək: "Artıq bizə məlumdur ki, Türkiyə məhkəmısi çıxardığı qərarı dəyişmək istəmir. Bildiyiniz kimi, Rusiya Nadir Səlifovla bağlı axtarış elan edib. Onlar "Lotu Quli”ni Rusiyaya eksradisiya edilməsini tələb edir”.

Qanuni oğrunun yaxını qeyd edib ki, Azərbaycanda Nadir Səlifovun çəkilməmiş cəzası qalıb: "Nadir Səlifovun Azərbaycana ekstradisiya olunması məhz ona görə gündəmdədir. Çünki, o burada şərti olaraq vaxtından əvvəl azadlığa buraxılıb. "Quli” azad olunda hələ çəkilməmiş 3 il 6 ay cəzası qalmışdı. Məhkəmə onun barəsində şərti cəza təyin edərkən həm də səhhəti ilə bağlı ölkədən çıxışına icazə verib. Bu səbəbdən də onun Azərbaycana eksradisiya edilməsi məqsədə uyğundur. Hazırda "Lotu Quli"nin 2 ildən çox çəkilməmiş cəzası qalır”.

Qeyd edək ki, Nadir Səlifov oktyabrın 9-da İstanbulda həbs edilib.

Türkiyə mətbuatında yayılan məlumatlara görə, N.Səlifovun telefonla Rusiyadakı iş adamlarından xərac aldığı iddia edilib.

N.Səlifov hazırda İstanbulda miqarantların müvəqqəti saxlanma yerində saxlanılır. Onun barəsində deport qərarı verilib.

Xəbər 1718 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.04.2025  11:57 

Ölkədə faktiki hava açıqlandı

12.04.2025  10:32 

Mövqelərimiz atəşə tutuldu

11.04.2025  19:36 

Bu qurumun 4 milyon vergi borcu var

11.04.2025  19:30 

Borca görə intihara cəhd etdi

11.04.2025  16:32 

“Bolt” yalan danışır?

11.04.2025  14:05 

Sabahın havası: Yağmursuz...


BÜTÜN XƏBƏRLƏR +