Əvəz Zeynallı ağır xəstədir: Xərçəng qara ciyərinə yayılıb
İşbazlar da Həccə adam aparır - AÇIQLAMA
Ölkədə faktiki hava açıqlandı
Hizbullah “silaha” əlvida deyir?
Bu gün 51 mindən çox şagird imtahan verəcək
Xaçmazda yeniyetmə qız itkin düşüb
Bakıda itkin düşən məktəbli tapıldı - Yenilənib
Maşın svetofora çırpıldı - QƏZA
Prezident Avropa Şurasının baş katibi ilə görüşüb
Araq beyninizi belə zədələyir - ARAŞDIRMA


10.05.2018  09:46 

“Bu falçıların arxasında məmurlar dayanır”





A+  A-

Son vaxtlar efirlərdə aparıcıların, verilişə gələn qonaqların biabırçı davranışları, təhqir və söyüşlər artmaqda davam edir. Sosial şəbəkələrdə, mətbuatda teleaparıcı Elçin Əlibəylinin verilişinə dəvət etdiyi müğənni Maral Tahirqızını təhqir edib qovması barədə müzakirələr səngiməmiş, daha bir biabırçılıq ortaya çıxdı. Belə ki, bu dəfə aparıcı Rövşanə Ağasəfqızının verilişində dava yaşanıb. Verilişdə ekstrasens kimi təqdim edilən Bayram Nurlu və digər ekspertlər qonaq olublar. Kulturoloq Aydın Xan Əbilov ekstrasenslərdən danışıb və onları fırıldaqçı adlandırıb. Onun sözlərinə isə B. Nurlu sərt reaksiya verib:
“Fırıldaqçı sizsiniz! Məni başqa falçılarla səhv salma. Bir zənglə səni bu kameraların önündən götürdərəm. Şərəf və ləyaqətimi 100 min manata siğortalamışam”.

Kulturoloq isə cavab olaraq “Mən sənin üçün uşaq olmamışam, ay gədə” deyib.

Aparıcı Rövşanə Ağasəfqızı qonaqları sakitləşdirməyə çalışsa da alınmayıb. B. Nurlu qışqırıb, hay-küy salaraq telefonunu istəyib, polisə zəng edəcəyini deyib:

“Deyəcəm indi gəlib səni götürəcəklər”.

Verilişdə yaşanmış qalmaqala görə parapsixoterapist Qalib Dursun efiri tərk edib. Ekstrasens isə “gədə” sözünə görə kulturoloqu məhkəməyə verəcəyini deyib:

“Bu sözə görə ondan 100 min alacam, görəcəksiniz”.

Qeyd edək ki, efirdə yaşanmış bu olay da sosial şəbəkələrin müzakirə predmetinə çevrilib. Əksəriyyət bu cür qalmaqalların yaşanmasına görə televiziya rəhbərliyini qınayıb.

XəzərNews.az xəbər verir ki, məsələ ilə bağlı yazıçı-kulturoloq Aydın Xan Əbilov “Yeni Müsavat”a danışıb: “Əslində Azərbaycan efirində müəyyən problemlər həmişə dəfələrə tənqid edilib. Bizim və digər mədəniyyət, ictimai xadimlər tərəfindən efirin saflaşması üçün bir çox təkliflər irəli sürülüb.

Bilirsiz ki, bununla bağlı olaraq Teleradio Şurası da yaradıldı, müəyyən işlər görüldü. Hətta bir çox telekanallar cəzalandırılır. Lakin qeyd edim ki, televiziyamız inkişaf mərhələsini keçir. Təbii ki, buna görə müəyyən nöqsanlar olacaq.

Əslində hüquq-mühafizə orqanları dərhal həmin insanları məsuliyyətə cəlb etməli, onlarla maraqlanmalı, o cür insanların ayaqları efirlərdən kəsilməlidir. Aparıcılar reytinq xətrinə efirlərə dəvət edir. Bunun qarşısı alınmalıdır. Bilirsiz ki, Cinayət Məcəlləsində falçılıqla bağlı müddəalar var”.

Aydin Xan Əbilov ekstrasensin onu məhkəmə ilə hədələməsinə də mövqe bildirib: “İnanmıram ki, o, bu cür addım atsın, çünki bu bir piar kimi şeydir. Versə də, razıyam. Hətta dar ağacından da asılmağa razıyam, lakin Nəsimidən, Füzulidən başlamış Axundovda möhkəmlənmiş və keçmiş sovet dövründə daha da çoxalmış yalançı, kimyagər, ”vergili" insanlarla bağlı mübarizəmi hər zaman davam etdirəcəm və bunun haqq işi olduğunu hesab edirəm. Heç bir şey mənim qarşımı ala bilməz.

Düşünürəm ki, o cür insanların arxasında məmurlar da dayanır. Onlarla da mübarizə aparmağa hazıram. Ən azı haqq bizim tərəfimizdədir"


Xəbər 2706 dəfə oxunub.




13.04.2025  11:57 

Ölkədə faktiki hava açıqlandı

12.04.2025  10:32 

Mövqelərimiz atəşə tutuldu

11.04.2025  19:36 

Bu qurumun 4 milyon vergi borcu var

11.04.2025  19:30 

Borca görə intihara cəhd etdi

11.04.2025  16:32 

“Bolt” yalan danışır?

11.04.2025  14:05 

Sabahın havası: Yağmursuz...


BÜTÜN XƏBƏRLƏR +