Bakıdakı “casus yuvası” yenidən açılacaq?
Şabrançayda batan 2 nəfərin meyiti çıxarıldı
Bank kartlarından oğurluqlar davam edir
Ukrayna PUA-ları Bryanskı hədəf aldı: 18 ev yandı
Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub


20.12.2017  09:37 

Deputatla jurnalist arasında QALMAQAL…





A+  A-

“Bu millət vəkili Adil Əliyevdir. Amma millətə Bayılda zülm verir, camaatın əşyaları ilə birgə evlərini uçurdur! Və ədalətli kompensasiya vermir”.
XəzərNews.az xəbər verir ki, bu fikirləri jurnalist Eynulla Fətullayev öz "Feysbuk" səhifəsində yazıb.

E.Fətullayev daha sonra qeyd edib ki, deputat bununla həm qanunu pozub bizneslə məşğul olur, həm də xalqına zülm edir.

Millət vəkili Adil Əliyevin jurnalistə cavabı isə özünü çox gözlətməyib. Adil Əliyev öz "Feysbuk" səhifəsində jurnalisti sifariş yerinə yetirməkdə ittiham edib:

“Virtualaz.org saytında “Bakıda deputatın şirkətinin məhəlləyə gecə basqını: “Bir də gördük evin damını uçururlar…” başlıqlı məqalədə adımın hallanmasına təəssüf edirəm. Məqalədə adamın əsassız çəkilməsi və guya şirkətin mənə məxsus olması iddiası cəfəngiyyatdır. Burada obyektivlik pozulub. Məqalə yazılarkən mənim mövqeyim dərc olunmayıbsa, mən də yazının sifariş olduğu şübhəsi qalmır. Mətbuatda çalışan dostlarım yaxşı bilirlər ki,mediaya açıq insanam. Əgər sayt mənim əleyhimə məqsədyönlü fikir formalaşdırmağı qarşısına məqsəd qoyubsa, indidən deyim ki, düz ünvan seçməyiblər. Biz belə insanlara sağlam şəkildə millətimizə və dövlətimizə xidmət etməklə cavab verəcəyik”.

Xəbər 1575 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?


BÜTÜN XƏBƏRLƏR +