Əvəz Zeynallı ağır xəstədir: Xərçəng qara ciyərinə yayılıb
İşbazlar da Həccə adam aparır - AÇIQLAMA
Ölkədə faktiki hava açıqlandı
Hizbullah “silaha” əlvida deyir?
Bu gün 51 mindən çox şagird imtahan verəcək
Xaçmazda yeniyetmə qız itkin düşüb
Bakıda itkin düşən məktəbli tapıldı - Yenilənib
Maşın svetofora çırpıldı - QƏZA
Prezident Avropa Şurasının baş katibi ilə görüşüb
Araq beyninizi belə zədələyir - ARAŞDIRMA


26.09.2017  10:23 

Dekabrda əfv sərəncamı veriləcək





A+  A-

Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində əfv sərəncamı imzalana bilər.
XəzərNews.az xəbər verir ki, bu barədə Modern.az- Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev məlumat verib. Ə.Nuriyev bildirib ki, Komissiyasının Katibliyinə hər gün müraciətlər daxil olmaqdadır:

“Müraciətlər həm məhkumlar, həm vəkilləri, həm nümayəndələri, həm ailə üzvləri, həm də qeyri-hökumət təşkilatları tərəfindən daxil olur. Müraciətlər araşdırılır, müvafiq rəylər alınır, Komissiyanın iclaslarına hazırlanır”.

Komissiya üzvü qeyd edib ki, əfv sərəncamının verilməsi ölkə prezidentinin səlahiyyətinə daxildir: “İclaslarının çağırılması Komissiyanın sədri, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin səlahiyyətindədir. Əfvin vaxtı isə ölkə rəhbərliyi tərəfindən müəyyənləşdirilir.

Güman edirəm ki, Yeni il bayramı və Dünya Azərbaycanlıların Həmrəyliyi Günü ərəfəsində əfv sərəncamının imzalanmasını gözləmək olar. Çünki bir qayda olaraq hər il bu ərəfədə cənab prezident əfv sərəncamı imzalayır. Təbii ki, indidən dəqiq fikir söyləmək olmaz, amma hər halda gözləyək”.

Xəbər 1069 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.04.2025  11:57 

Ölkədə faktiki hava açıqlandı

12.04.2025  10:32 

Mövqelərimiz atəşə tutuldu

11.04.2025  19:36 

Bu qurumun 4 milyon vergi borcu var

11.04.2025  19:30 

Borca görə intihara cəhd etdi

11.04.2025  16:32 

“Bolt” yalan danışır?

11.04.2025  14:05 

Sabahın havası: Yağmursuz...


BÜTÜN XƏBƏRLƏR +