Əvəz Zeynallı ağır xəstədir: Xərçəng qara ciyərinə yayılıb
İşbazlar da Həccə adam aparır - AÇIQLAMA
Ölkədə faktiki hava açıqlandı
Hizbullah “silaha” əlvida deyir?
Bu gün 51 mindən çox şagird imtahan verəcək
Xaçmazda yeniyetmə qız itkin düşüb
Bakıda itkin düşən məktəbli tapıldı - Yenilənib
Maşın svetofora çırpıldı - QƏZA
Prezident Avropa Şurasının baş katibi ilə görüşüb
Araq beyninizi belə zədələyir - ARAŞDIRMA


25.04.2017  12:56 

Hostel və otel məsələsi deputatları üz-üzə qoydu





A+  A-

Milli Məclisdə Mənzil Məcəlləsinə təklif edilən müvafiq dəyişikliklər müzakirələrə səbəb olub.
XəzərNews.az xəbər verir ki, dəyişikliyə əsasən mehmanxanalar, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən mehmanxana tipli obyektlər və müvəqqəti yaşayış üçün nəzərdə tutulmuş digər tikinti obyektləri yerləşmə vasitələri hesab ediləcək.

Millət vəkili Asim Mollazadə yaşayş mənzillərinin hostel və otel kimi istifadə edilməsinin əleyhinə olduğunu bildirib: “Bu, dünya praktikasına ziddir. Biz bununla vətəndaşların hüquqlarını kobud sürətdə pozmuş oluruq. Çünki bununla vətəndaşların rahat yaşayış tərzinə mane oluruq. Dünyada belə bir prakatika yoxdur. Bu məsələyə yenidən baxmaq lazımdır”.

Komitə sədri Hadı Rəcəbli həmkarının sözlərinə reaksiya verib. O bildirib ki, Asim Mollazadənin dedikləri yanlışdır: “Dünyada yetərincə belə faktlar var. Hətta Avropa ölkələrində evlər və mənzillərin otel kimi istifadə edilməsi praktikası var. Hesab ediərm ki, Azərbaycanda da belə bir praktikanın tətbiq edilməsi turizmin inkişafına təkan verməklə yanaşı bürokratik əngəlləri də aradan qaldaracaq. Eyni zamanda vətəndaşların rifah halının yaxşılaşmasına təsir edəcək”.

Spiker Oqtay Əsədov da Hadi Rəcəblinin fikrini dəstəkləyib. O qeyd edib ki, Türkiyədə 35- 40 min əhalisi olan şəhərlərdə 10-15 min çarpayılıq otellər olur: “Ancaq ayda 100 minlərlə insan bu şəhərlərdə istirahət edir, əgər mənzil turizmi olmazsa, bunu heç cür qarşılamaq olmaz”.

Millət vəkili Əflatun Amaşov isə Gürcüstan praktikasını misal çəkərək qeyd edib ki, təkcə 2016-cı ildə Gürcüstana 6 milyon turist gəlib və bundan 2 milyard gəlir götürülüb: “ Gələn turistlərin 70 faizi isə mənzillərdə yaşayıb. Və orada bu sahə inkişaf etdiyinə görə təklif edirəm ki, bizdə də bu sahə inkişaf etsin”.

Qanun layihəsinə təklif edilən dəyişiklik səsə qoyularaq qəbul edilib.

Xəbər 1900 dəfə oxunub.




13.04.2025  11:57 

Ölkədə faktiki hava açıqlandı

12.04.2025  10:32 

Mövqelərimiz atəşə tutuldu

11.04.2025  19:36 

Bu qurumun 4 milyon vergi borcu var

11.04.2025  19:30 

Borca görə intihara cəhd etdi

11.04.2025  16:32 

“Bolt” yalan danışır?

11.04.2025  14:05 

Sabahın havası: Yağmursuz...


BÜTÜN XƏBƏRLƏR +