Əvəz Zeynallı ağır xəstədir: Xərçəng qara ciyərinə yayılıb
İşbazlar da Həccə adam aparır - AÇIQLAMA
Ölkədə faktiki hava açıqlandı
Hizbullah “silaha” əlvida deyir?
Bu gün 51 mindən çox şagird imtahan verəcək
Xaçmazda yeniyetmə qız itkin düşüb
Bakıda itkin düşən məktəbli tapıldı - Yenilənib
Maşın svetofora çırpıldı - QƏZA
Prezident Avropa Şurasının baş katibi ilə görüşüb
Araq beyninizi belə zədələyir - ARAŞDIRMA


12.02.2025  15:47 

İki tenderdən 10 milyon əldə edən “4MAPS Bilgi Teknolojileri” yoxa çıxıb?





A+  A-

Xatırlayıram ki, bir neçə il öncə 4MAPS Bilgi Teknolojileri MMC Azərbaycanda böyük layihələr reallaşdıracağıını elan etmişdi. “4MAPS Bilgi Teknolojileri” MMC-yə Sumqayıt Kimya Sənaye Parkının rezidentliyi statusu da verilmişdi. 750-1500 nəfərlik iş yeri açacağını bildirmişdi.

"Pulsuz işlər" görəcəyini bildirsə də iki böyük tenderin də qalibi olmuşdu. Toplam 10 milyon manat vəsait əldə etmişdi. “Rəqəmsal xəritə əsaslı platformanın yaradılması işlərinin görülməsi”“Bakı şəhərinin Binəqədi və Nərimanov rayonları ərazisində PUA vasitəsilə Lidar çəkilişlərinin aparılması, 3D stereo modelin yaradılması, vektorlaşdırılması, naturada məlumatların toplanması və 3D ölçülü rəqəmsal kadastr xəritələrinin hazırlanması” işləri görülməliydi.

Xatırlayıram ki, Qarabağla bağlı coğrafi adların müəyyən edilməsi və Azərbaycancaya dəyişdirilməsi, xəritə dəyişiklikləri üzrə datanın toplanması və qlobal xəritələrdə dəyişdirilməsi ilə bağlı bir neçə hökumət qurumları tərəfindən reallaşıdrılan işləri də öz adına çıxmışdı.

Hazırda, Milli Məkan Məlumatları infrasturkturunun qurulması ilə bağlı hökumətin real işlərə başladığı indiki anda 4MAPS-ın harada olması, ötən layihələri ilə bağlı görülmüş işlərlə tanış olmaq istədim.



Lakin heç bir məlumat əldə etmək mümkün olmadı. 4MAPS-in köhnə ofisinin yerləşdiyi binaya yapışdırılan adının da oradan çıxarıldığı, ümumiyyətlə bu ofisdən çıxdığı bildirilir.

Azərbaycan reallığında bu tip "pulsuz işlər görən", "tenderlərdə" xeyli vəsaitlər mənimsəyib, işləri yarımçıq royub sonradan ölkəni tərk edən və indiyədək tapılmayan şirkətlər olub.

Xatırlayıram ki, torpaqların elektron kadastrı sisteminin və rəqəmsal kadastr xəritələrinin hazırlanması üçün on illər öncə hansısa bir “Kutlubey Harita İnşaat Muhendislik Sanaye Ticaret LTD” şirkətinə də 100 milyondan çox vəsait vermişdik. Lakin sonradan onu da tapmaq mümkün olmadı və qeyd olunan işlərin əksəriyyətini müvafiq dövlət qurumları yenidən yerinə yetirməli oldu.



İndi hökumət Milli Məkan Məlumatları infrastrukturunun qurulması kimi nəhəng bir layihəyə start verib. Kritik infrastruktura daxil edilə biləcək, yetərincə faydalı və strateji bir layihədir. Bu layihəyə 20 milyon vəsait ayrılıb. Bu dəfə nəhayət ki, hökumət bu cür strateji bir layihəni yerinə yetrimək üçün, doğru addım ataraq yerli şirkət seçib. Ölkənin ən böyük İT şirkətlərindən olan CASPEL şirkəti bu nəhəng işi görəcək.

Maraqlı məqam odur ki, Milli Məkan Məlumatları üçün güman ki, 4MAPS-ın dövlət vəsaiti hesabına hazırlamalı olduğu dataya ehtiyac olacaq. Görəsən belə bir data varmı, qeyd olunan işlər görülübmü və CASPEL şirkəti, yaxud İN 4MAPS-I tapıb ondan bu datanı ala biləcəkmi? Yoxsa CASPEL həmin işləri yenidənmi görməlidir?

Ümid edirəm 4MAPS “Kutlubey Harita …. “ kimi olmayacaq və gördüyü işlərin hesabatını təqdim edəcək.

Osman Gündüz

Xəbər 2308 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.04.2025  11:57 

Ölkədə faktiki hava açıqlandı

12.04.2025  10:32 

Mövqelərimiz atəşə tutuldu

11.04.2025  19:36 

Bu qurumun 4 milyon vergi borcu var

11.04.2025  19:30 

Borca görə intihara cəhd etdi

11.04.2025  16:32 

“Bolt” yalan danışır?

11.04.2025  14:05 

Sabahın havası: Yağmursuz...


BÜTÜN XƏBƏRLƏR +