Əvəz Zeynallı ağır xəstədir: Xərçəng qara ciyərinə yayılıb
İşbazlar da Həccə adam aparır - AÇIQLAMA
Ölkədə faktiki hava açıqlandı
Hizbullah “silaha” əlvida deyir?
Bu gün 51 mindən çox şagird imtahan verəcək
Xaçmazda yeniyetmə qız itkin düşüb
Bakıda itkin düşən məktəbli tapıldı - Yenilənib
Maşın svetofora çırpıldı - QƏZA
Prezident Avropa Şurasının baş katibi ilə görüşüb
Araq beyninizi belə zədələyir - ARAŞDIRMA


07.02.2025  11:49 

Novruzda əfv və amnistiya olacaq?





A+  A-

"Qarşıdan gələn Novruz bayramı münasibəti ilə Əfv Sərancamı imzalana bilər. Amnistiya da elan edilə bilər".

XəzərNews.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı hazırlıq işləri gedir:

"Gözləyirik. Bizim tərəfimizdən nə lazımdırsa edəcəyik, siyahıları aidiyyatı qurumlara təqdim edəcəyik".

Prezident Yanında Əfv Məsələləri Komissiyanın üzvü Əliməmməd Nuriyev Qaynarinfo-ya açıqlamasında bildirib ki, istər Əfv sərəncamı, istərsə də amnistisya aktı ilə bağlı hər hansı bir konkret məlumata malik deyil:

"Lakin bunu istisna da etmirəm. Əfv sərəncamının nə zaman veriləcəyi Prezidentin müstəsna səlahiyyətidir. Bu sərəncam Novruz bayramında olacaq, yoxsa ondan sonra, bu barədə dəqiq məlumata malik deyiləm. Doğrudur, Əfv Komissiyasının iclasları gələn həftədən başlayır. Novruz bayramı münasibətilə amnistiya aktının qəbul edilib-edilməyəcəyinə gəldikdə isə yalnız onu deyə bilərəm ki, bu barədə Milli Məclisdə dəfələrlə məsələ qaldırılıb. Məsələn, deputat Siyavuş Novruzov bu yaxınlarda belə bir təkliflər çıxış etdi. Bu il mühüm ildir - "Konstitusiya və Suverenlik İli” elan edilib. Ona görə ehtimal edə bilərəm ki, əfv və yaxud amnistiya elan edilə bilər. Amma amnistiya aktı Milli Məclisin səlahiyyətinə aid olan məsələdir. Sonuncu dəfə amnistiya 2021-ci ildə - "Zəfər aministiya”sı adı ilə qəbul edilib. Sonuncu Əfv sərəncamı isə 2024-cü ilin may ayında verilib".


Xəbər 930 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.04.2025  11:57 

Ölkədə faktiki hava açıqlandı

12.04.2025  10:32 

Mövqelərimiz atəşə tutuldu

11.04.2025  19:36 

Bu qurumun 4 milyon vergi borcu var

11.04.2025  19:30 

Borca görə intihara cəhd etdi

11.04.2025  16:32 

“Bolt” yalan danışır?

11.04.2025  14:05 

Sabahın havası: Yağmursuz...


BÜTÜN XƏBƏRLƏR +