Tikinti sektorunda Təhməzlilər imperiyası...
Ukrayna PUA-ları Bryanskı hədəf aldı: 18 ev yandı
Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?


20.04.2017  14:39 

Deputatlarla bağlı qanun müzakirə olundu





A+  A-

Bu gün Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib.
XəzərNews.az xəbər verir ki, bu barədə sosial şəbəkədə yazan Milli Məclis sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova bildirib ki, iclasda “Milli Məclisin deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi müzakirə olunub: “Bu qanun layihəsi yalnız deputat statusu olan şəxslərə şamil edilir. Hər bir deputat etik davranış qaydalarını rəhbər tutaraq, qanunun müddəalarına əməl etməyə borcludur. Qanun layihəsinin məqsədləri deputatların fəaliyyətində səmərəliliyin, şəffaflığın artırılması, Milli Məclisin nüfuzuna və yüksək deputat adına xələl gətirə biləcək davranışın, deputatların fəaliyyətində maraqların toqquşması hallarının qarşısının alınması, deputatın etik davranış qaydalarına əməl edilməsinin təmin olunması və deputatların fəaliyyətinə ictimai etimadın gücləndirilməsidir. Deputatın etik davranış qaydaları haqqında qanunvericilik Konstitusiyadan, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanundan, Milli Məclisin Daxili Nizamnaməsindən, “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanundan, Azərbaycannın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və bu Qanuna uyğun hazırlanmış digər normativ hüquqi aktlardan ibarətdir”.

Xəbər 2187 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...


BÜTÜN XƏBƏRLƏR +