Tikinti sektorunda Təhməzlilər imperiyası...
Ukrayna PUA-ları Bryanskı hədəf aldı: 18 ev yandı
Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?


11.03.2022  12:05 

Bu məhsulların qiyməti qalxacaq - Rusiyadan asılıyıq





A+  A-

“Dünya bazarında buğda 40 faiz, soya yağı 26 faiz, qarğıdalı və misir unları 20 faiz bahalaşıb. Dövlətlərin həmin qidalarla təchiz olunmasında Rusiya və Ukrayna əsas rol oynayır. Ukraynada istehsalat pozulub. Bu o deməkdir ki, növbəti mövsümdə məhsul təşviq edə bilməyəcək. Sanksiyalar üzündən qıtlıq müşahidə oluna bilər”.

XəzərNews.az Bakupost.az-a istinadən xəbər verir ki, bunu iqtisadçı-ekspert Rəşad Həsənov ​deyib.

Ekspert bildirib ki,​ Rusiya höküməti​ ölkənin alternativ istiqamətlərdə azalan gəlirlərinin kompensasiyası məqsədi ilə taxılın ixracı ilə bağlı təsdiq etdiyi rüsumu artıracaq. Yəni bu o deməkdir ki, taxıl bazarda daha yüksək qiymətlə təqdim olunacaq. Həm də çalışacaq, kvota tətbiq etsin: “Onsuz da, pandemiya qiymətlərin yüksəlməsinə səbəb olub. BMT-nin Ərzaq Tədarükü Təşkilatının hesabatına görə, 36 faiz ilə son 40 ildə artımın pik həddi görsənib. Sonra da bu müharibə dünyada, o cümlədən Azərbaycanda bahalaşmanı kəskin sürətləndirdi”.

R.Həsənov vurğulayıb ki, biz 85-92 faiz taxıl idxalında Rusiyadan asılı ölkəyik. Düzdür, ilk dövrlərdə ola bilsin ki, rəsmi Moskva müvafiq problemləri, çətinlikləri və kvotaları məhz dost olmayan ölkələrə tətbiq etsin. Amma onun gəlirləri azalır: “Alternativ mənbələrdən enerji resurslarını sata bilmir. Ona görə, çalışacaq ki, əlindəki məhsulların ixracından gəlir əldə etsin. Rusiyada​ istehsal prosesi pozulacaq. Çünki texnologiyanın idxalı məhdudlaşdırılır. Belə olanda​ istehsalat aşağı düşəcək. Bu da, məhsulu bahalaşdıracaq. Nəticədə Azərbaycandakı qiymətlərə təzyiq göstərəcək”.


Xəbər 1986 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...


BÜTÜN XƏBƏRLƏR +