Tikinti sektorunda Təhməzlilər imperiyası...
Ukrayna PUA-ları Bryanskı hədəf aldı: 18 ev yandı
Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?


13.08.2021  15:19 

Niyaz Niftiyevin ailəsi Mehriban Əliyevaya və Ombudsmana müraciət etdi





A+  A-

17 aya yaxın müddətdə istintaq təcridxanasında saxlanılan Binəqədi Bələdiyyəsinin sədri, tanınmış jurnalist Niyaz Niftiyevin ailə üzvləri Birinci vitse-prezident Mehriban Əliyevaya və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevaya müraciət ünvanlayıblar.
XəzərNews.az xəbər verir ki, onlar Niyaz Niftiyevin günahsız yerə azadlıqdan məhrum edildiyini, ona qarşı irəli sürülən ittihamların heç birinin təsdiqi olmadığını, buna baxmayaraq, müxtəlif bəhanələrlə məhkəmənin uzadıldığını bildiriblər.

Müraciətdə qeyd olunub ki, son proseslər Niyaz Niftiyevin kimlərinsə sifarişi ilə həbsdə saxlanılması ehtimalını artırır.

Ailə üzvləri onun aclıq aksiyasına başlaması xəbərindən sonra böyük sarsıntı keçirdiklərini qeyd ediblər.

Bildiriblər ki, Niyaz Niftiyevin qida qəbul etməməsi onun xroniki xəstəliklərini kəskinləşdirə və həyatı üçün təhlükə yarada bilər.

Odur ki, Mehriban Əliyevaya və Səbinə Əliyevadan məsələni diqqətə götürməyi, məhkəmənin ədalətli qərar qəbul etməsi üçün lazımı addımlar atmağı xahiş ediblər.

Qeyd edək ki, Niyaz Niftiyev prokurorluğun ona qarşı qərəzli addımlar atmasına, məhkəmə prosesinin qəsdən uzadılmasına, hüquqlarının müdafiə etməsi üçün lazımi şəraitin yaradılmamasına etiraz olaraq, avqustun 10-dan aclıq aksiyasına başlayıb.


Xəbər 1866 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...


BÜTÜN XƏBƏRLƏR +