Tikinti sektorunda Təhməzlilər imperiyası...
Ukrayna PUA-ları Bryanskı hədəf aldı: 18 ev yandı
Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?


13.08.2021  09:58 

ABŞ-da 231 ildən sonra ilk





A+  A-

ABŞ-da özünü ağ irqin nümayəndələri hesab edən amerikalıların sayı 1790-cı ildə siyahıyaalınmanın başlanmasından bəri ilk dəfə kəskin azalıb.
XəzərNews.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti ABŞ-ın Siyahıyaalma Bürosunun məlumatlarına istinadən bildirir.

Hesablamalara əsasən, 2020-ci ilin siyahıyaalınmasının nəticələrinə görə ağ əhalinin sayı 204,3 mln. nəfərə qədər azalıb. 2010-cu ildə bu rəqəm 223,6 milyon nəfərə bərabər idi. Beləliklə, azalma 8,6% təşkil edib.

Eyni zamanda, ağlar ilk dəfə olaraq əhalinin 60%-dən az hissəsini təşkil ediblər. 2010-cu ildə 63,7%-ə bərabər olan bu göstərici hazırda 57,8%-dir.

Vaşinqtonun nüfuzlu Brukinqs İnstitutunun demoqrafiya üzrə mütəxəssisi Uilyam Freyin fikrincə, bu, 2007-2008-ci illərin maliyyə-iqtisadi böhranından sonra ağ amerikalıların gənc nəsli arasında doğumun azalması, həmçinin opioid böhranının təsiri ilə izah oluna bilər.

Xəbər 1901 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...


BÜTÜN XƏBƏRLƏR +