Tikinti sektorunda Təhməzlilər imperiyası...
Ukrayna PUA-ları Bryanskı hədəf aldı: 18 ev yandı
Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?


11.08.2021  15:57 

“Reanimasiyada olanların 97-98 %-i peyvənd vurdurmayıb” - Video





A+  A-

Azərbaycanda COVİD-19-a yoluxanların sayının ciddi artması xəstəxanalarda da vəziyyəti çətinləşdirib.
XəzərNews.az-ın məlumatına görə, ATV-nin “Yeni klinika”dan hazırladığı reportajda qeyd olunur ki, onlarla insan reanimasiya şöbəsində yaşamaq uğrunda mübarizə aparır.

Bildirilir ki, xəstəxananın reanimasiya otağı tam doludur, bununla yanaşı rezerv çarpayılar da açılıb. Reanimasiyada olan 30-a yaxın COVİD xəstəsinin hamısı koma vəziyyətindədir, onlardan yalnız bir nəfər sərbəst fikirlərini ifadə edə bilir.

Pasiyentlərdən biri xəstəliyin ona oğlundan keçdiyini qeyd edir. O, peyvənd olunmadığını və xəstəliyi ağır keçirdiyini vurğulayıb. Xəstəxanada 1 yaşlı körpə də koronavirusdan müalicə olunur.

Baş tibb bacısı Könül Quliyeva vətəndaşlara çağırış edib: “Bizi də nəzərə alsınlar. Həm psixoloji, həm də fiziki çox travma alırıq. Tədbirlərə icazə verilsə də, vətəndaşlar özləri məsuliyyətli olsunlar”.

Klinikanın reanimasiya şöbəsinin müdiri Emil Qasımov bildirib ki, son iki həftədə vəziyyəti ağırlaşan xəstələr var: “Yeganə çıxış yolu vaksinasiya və sosial izolyasiya qaydalarına əməl etməkdir. Pandemiya artıq peyvəndlənməyənlərin pandemiyasına çevrilir. Reanimasiyada olan xəstələrin 97-98 faizi peyvənd olunmayanlardır. Ağırlaşanların hamısı peyvənd olunmayan xəstələrdir”.



Xəbər 2535 dəfə oxunub.





16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...


BÜTÜN XƏBƏRLƏR +