Putin Pasxa atəşkəsi elan etdi
Azərbaycanlı Almaniyada sevgilisini öldürdü
Mebel fabrikinin fəaliyyəti dayandırıldı - Cəlilabadda
Polis 88 min manatlıq dələduzluq edən şəxsləri saxladı
Vüsal Həsənov Qənirə Ataşovanı ölümlə hədələyir - İddia
Ermənilər atəşkəsi yenə pozdu
Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək


01.06.2020  16:30 

Füzuli rayonunda barama tədarükünə başlanılıb - Fotolar





A+  A-

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev mayın 28-də karantin qaydalarını gözləməklə barama tədarük məntəqəsində olub, kümçülərlə görüşüb, onlarla söhbət edib, məsləhət və tövsiyələr verib.
XəzərNews.az xəbər verir ki, bildirilib ki, baramaçılıq baramaçılığın uzun fasilədən sonra bərpa olunması regionlarda yaşayan əhalinin məşğulluğunun artırılmasına, onların sosial rifah hallarının yüksəldilməsinə xidmət edir: “Keyfiyyətli barama əldə etmək üçün tut yarpağının bol olması ən vacib şərtlərdən biridir. Çünkü ipəkqurdu yaxşı bəslənildikdə, istehsal edilən barama da keyfiyyətli olur”.

İpəkqurdu saxlayan kümçülər bildiriblər ki, baramaçılığın inkişafı kənd əhalisinin sosial-rifah halının yüksəldilməsinə, məşğulluğunun artırılmasına xidmət edən amildir.

Qeyd olunub ki, ölkə başçısının baramaçılığın inkişafına dair tapşırıq və göstərişlərinə uyğun olaraq bu mövsüm kümçülərə 1250 qutu, 25000 qr ipəkqurdu toxumu rayona gətirilərək paylanılıb. Ötən il baramadan yaxşı gəlir əldə edən kümçülər cari ildə daha çox toxum götürüblər – keçən illə müqayisədə 100 qutu çox. 2019-cu ildə rayon üzrə 49 ton 500 kiloqram yaş barama istehsal edən rayon kümçülərinin builki hədəfi 50 tonun üzərindədir. Hazırda yaş baramanın 1 kq-nın subsidiya ilə birlikdə 9 manat olmasını nəzərə alsaq istehsal olunacaq 50 tondan artıq baramdan rayon sakinləri qısa müddət ərzində 450 min manatdan artıq vəsait əldə edəcəklər. Təkcə baramaçılıqla bu il 625 ailə, 3230 nəfər məşğul olur ki, bu da əlavə iş yerləri, əlavə qazanc və yaxşı güzəran deməkdir.





Xəbər 1624 dəfə oxunub.




19.04.2025  19:24 

Putin Pasxa atəşkəsi elan etdi

19.04.2025  09:26 

Ermənilər atəşkəsi yenə pozdu

18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +