Putin Pasxa atəşkəsi elan etdi
Azərbaycanlı Almaniyada sevgilisini öldürdü
Mebel fabrikinin fəaliyyəti dayandırıldı - Cəlilabadda
Polis 88 min manatlıq dələduzluq edən şəxsləri saxladı
Vüsal Həsənov Qənirə Ataşovanı ölümlə hədələyir - İddia
Ermənilər atəşkəsi yenə pozdu
Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək


21.09.2019  09:57 

“Atamı şərlədirlər, iki il yarım həbsdə qaldı”





A+  A-

“Nə bankda, nə də bankada pulum yoxdur. Gözütox duruş ailədən gəlir, genetik olan bir şeydir. Gözümü açmışam, bu cür insalar görmüşəm. Atam həbs olunanda çətin günlər yaşadıq”.
XəzərNews.az xəbər verir ki, bu sözləri Əməkdar artist Sevda Ələkbərzadə Murad Arifin “Popumuz var” layihəsinin qonağı olub.

O, proqramda yazar atası Çingiz Ələkbərzadə barədə danışıb: “1986-88-ci ildə atam həbsdə oldu, ona şərt atmışdılar. Daha sonra azadlığa çıxdı. Lakin yenə maddi olaraq çətin anlar yaşadıq. Həmin vaxtda ikinci sinifdə oxuyurdum. Dərk edirdim, gecələri ağlayırdım. Hər şey gözəl yadımdadır. Həbsxananın qapısında saatlarla gözləmişik, onunla görüşmüşük.

Atamla qürur duyuram. Amma həbsxana onun yeri deyildi. Çünki azadlığı sevən biri idi. Birdən-birdə böhtan atılır və iki il yarım həyatından gedir. İndi isə ana-atamın hər şeyini saxlayıram. Əşyalarını heç kimə verə bilmərəm. Mən ailəyə çox bağlı insanam. İnsan anadan yetim qalır. Valideynlərini itirdiyin zaman böyüyürsən. O vaxta kimi isə uşaq qalırsan”.

Xəbər 1213 dəfə oxunub.




19.04.2025  19:24 

Putin Pasxa atəşkəsi elan etdi

19.04.2025  09:26 

Ermənilər atəşkəsi yenə pozdu

18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +