Tikinti sektorunda Təhməzlilər imperiyası...
Ukrayna PUA-ları Bryanskı hədəf aldı: 18 ev yandı
Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?


20.09.2017  09:32 

Azərbaycanda velosiped qəzalarında 11 nəfər ölüb





A+  A-

Bu ilin 8 ayı ərzində Azərbaycanda 21 velosiped qəzası baş verib.
XəzərNews.az xəbər verir ki, bu barədə Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

K.Əliyev bildirib ki, baş vermiş velosiped qəzaları nəticəsində 11 nəfər ölüb, 11 nəfər yaralanıb.

K.Əliyevin sözlərinə görə, hadisənin 4-ü velosipedçilərin təqsiri üzündən baş verib və nəticədə 2 nəfər ölüb, 2 nəfər yaralanıb. Digər hadisələr isə velosipedçilərin avtomobil tərəfindən vurulması səbəbindən baş verib.

Polis polkovniki bildirib ki, velosiped sürənlər bəzən təhlükəsizlik qaydalarına əməl etmir, dəbilqə taxmır, yolun əks istiqamətində hərəkət edir, işıqlandırıcı vasitələrdən istifadə etmirlər:

""Yol hərəkəti haqqında" qanunun 38-ci maddəsində deyilir ki, mühərriksiz velosipedi idarə edən şəxs xüsusi velosiped zolaqları ilə, bunlar olmadıqda isə yolun, küçənin hərəkət hissəsinin kənarı və ya yol çiyinləri ilə hərəkət etməlidir. Velosiped sürən şəxs texniki baxımdan saz və lazımi təchizatlı velosipeddən istifadə etməli, velosipedi idarə etməyə mane olan yük və ya sərnişin daşımamalıdır. Velosiped nəqliyyat vasitəsi hesab edildiyindən onu sürənlərin də avtomobil yollarından istifadə etmək hüquqları var".

Xəbər 1648 dəfə oxunub.



16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...


BÜTÜN XƏBƏRLƏR +