Tikinti sektorunda Təhməzlilər imperiyası...
Ukrayna PUA-ları Bryanskı hədəf aldı: 18 ev yandı
Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?


18.09.2017  15:19 

“Maşın” şounun iştirakçıları bəllidir – 9 xanım, 9 kişi





A+  A-

Gərgin mübarizə, yuxusuz gecələr, ac və susuz vəziyyətdə saatlarla avtomobil ətrafında dayanan tanınmışlar... Bəli, söhbət “Maşın” realiti şoudan gedir. Əməkdar artist, tanınmış şoumen Murad Dadaşovun “Maşın” realiti-şousunun növbəti buraxılışı tezliklə başlayacaq.
Oktyabrdan yayımlanacaq “Maşın”ın yeni sürəti bu dəfə də ATV-də ekranlara çıxacaq. Bu, şounun “Maşın” realiti şousunun 15-ci buraxılışı olacaq.

Maraqlıdır, bu buraxılışda tamaşaçıları nə gözləyir? İştirakçılar kimlərdir?

XəzərNews.az bildirir ki, bununla bağlı Murad Dadaşov Modern.az-a açıqlama verib:

“Yaxın günlərdə “Maşın” realiti şounun yeni buraxılışı haqqında dəqiq məlumat veriləcək. Artıq iştirakçılar da bəllidir. Jurnalistlər üçün xüsusi səhər yeməkləri verəcəyəm. İştirakçılar isə açılış günündə bəlli olacaq. Bu bizim yubiley buraxılışımız olduğu üçün özəl tədbirlər hazırlanır. Biz xüsusi təmtəraqla açılış edəcəyik.

Bu buraxılışın adı “Xanımlar və Cənablar” olacaq. Yəni 18 iştirakçıdan 9-u xanım, 9-u isə bəylərdir. Bu məlumat özəldir və hələ bu haqda danışmamışıq”.

Xəbər 1939 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...


BÜTÜN XƏBƏRLƏR +