Tikinti sektorunda Təhməzlilər imperiyası...
Ukrayna PUA-ları Bryanskı hədəf aldı: 18 ev yandı
Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?


17.11.2021  18:16 

54 nəqliyyat vasitəsi hərraca çıxarılır





A+  A-

Noyabrın 23-də keçiriləcək növbəti hərraca 18 kiçik dövlət müəssisəsi, 2 yarımçıq tikili sahəsi, 54 nəqliyyat vasitəsi çıxarılacaq.

XəzərNews.az Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, noyabrın 16-da keçirilən hərracda 34 nəqliyyat vasitəsi özəlləşdirilib. Hərraca çıxarılan nəqliyyat vasitələrinə ümumilikdə 211 sifariş qəbul olunub, bunun 21-i elektron qaydada həyata keçirilib. Hərraca çıxarılan avtomobillərə edilən təkliflərin çoxluğu prosesi daha da rəqabətli edib.

İlkin start qiyməti 10 min manat olan “Toyota Land Cruiser” markalı avtomobil üçün təkliflər ard-arda səsləndirilib, sonda həmin nəqliyyat vasitəsi 27 min 500 manata özəlləşdirilib.

“Temsa Prestij Super delux” nəqliyyat vasitəsinin də hərracı rəqabətli olub. İlkin start qiyməti 17 min manata olan həmin avtomobil ən son 35 min manata sahibini tapıb.

Satılmış bütün nəqliyyat vasitələrindən 316 min 740 manat vəsaitin dövlət büdcəsinə daxil olması nəzərdə tutulur.

Qeyd edək ki, cari ilin 10 ayında 51 hərrac keçirilib və 205 əmlak özəlləşdirilib. Özəlləşdirilən əmlaklardan 33-ü kiçik dövlət müəssisə və obyekti, 17-si səhmdar cəmiyyəti, 152-si nəqliyyat vasitəsi, 3-ü isə yarımçıq tikilidir.

Xəbər 3421 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...


BÜTÜN XƏBƏRLƏR +