Odessanı 21 pilotsuz uçan aparatla vurublar
“Əsassız 600 manat cərimə yazırlar” - AYNA-dan ŞİKAYƏT
Ədalət Abbasov vəzifəsindən azad olunub
Prezident Qusarda yol tikintisinə pul ayırdı
Heydərov oğlunun obyektinin istismarına icazə verdi
Bu deputat Kamran Əliyevə səs verməyib
Mal-qara oğruları saxlanıldı
Əsgəran-Xocalı yolunda meyit qalıqları tapıldı
Bank kartlarından 30716 manat talandı - Bir gündə...
3 milyon vətəndaşın banklara kredit borcu var


07.07.2023  10:11 

Polisin Söyüdlüdəki hərəkəti ilə bağlı hansı tədbir görülüb?





A+  A-

"Gədəbəy rayonunun Söyüdlü kəndində asayişin pozulmasının qarşısını alan ayrı-ayrı əməkdaşların funksional vəzifələrin icrasında pozuntulara yol verməsi müəyyən edilmiş və həmin halların gələcəkdə təkrarlanmaması üçün tərəfimizdən davamlı təşkilati-praktiki tədbirlər görülür".

XəzərNews.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən Söyüdlü hadisələri zamanı polis əməkdaşlarının hərəkətlərinin araşdırılması ilə bağlı "Turan"ın verdiyi suallara cavab verilib.

Bildirilib ki, şəxsi heyətin ekstremal vəziyyətlərdə davranışının təkmilləşdirilməsi məqsədilə Nazirlik tərəfindən mütəmadi təlimlər keçirilir və son illərin təcrübəsi, polisin, aksiyalarda xüsusi aqressivliyi ilə seçilən iştirakçılara qarşı təmkinli və sivil davranış nümayiş etdirdiyini deməyə əsas versə də, bəzən müvafiq sahədə nöqsan və çatışmazlıqlar da qeydə alınır.

Qeyd edək ki, iyunun 20-də Gədəbəy rayonun Söyüdlü kəndin sakinləri "Gədəbəy" yatağından qızıl hasilatı və emalı müəssisəsinin çirkab suları üçün ikinci süni gölün yaradılmasına etiraz ediblər. Etirazlar zamanı polis müdaxilə edib, nəticədə 10 nəfərə yaxın xəsarət aldığı və rəsmi olaraq 5 nəfər inzibati həbs edildiyi deyilir.

İyunun 22-də isə kəndin girişinə və çıxışına polis postları qurulub. Baş nazir Əli Əsədovun tapşırığı ilə süni gölün insanların sağlamlığına təhlükəli olub-olmadığını yoxlamaq məqsədilə komissiya yaradıldı. Hazırda komissiya işini davam etdirdiyi bildirilir.

Xəbər 1473 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +