Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


27.10.2022  15:55 

“Çingiz Abdullayevin ifadələri yanlışdır“ - Media eksperti





A+  A-

"İstənilən şəxs ictimai büdcədən və yaxud da resursdan gedən vəsaitləri sorğulaya bilər. Bu məsələdə isə Çingiz Abdullayevin şəxsiyyətə yönəlik ifadələri yanlışdır."

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə media eksperti Ələsgər Məmmədli çıxış edib.

"İnformasiya əldə etmək hüququ mənbəsi dövlət büdcəsindən olan bütün vəsaitin şəffaflığını tələb edir və bu, AYB-nin rəsmi saytında yerləşdirilməlidir. Çingiz Abdullayevin ən böyük yanlışı ilk növbədə şəxsiyyətə yönəlməsidir. Seçdiyi ifadələri böyük ehtimalla dil bilgisi problemi, Azərbaycan dilində özünü yaxşı ifadə edə bilməməsi baxımından uğursuz olub. Bu da şəxsiyyətə, şəxsiyyətin mənafeyinə yönələn ifadələrdir. İstəsələr, tərəflər bu məsələni mülki qaydada məhkəmə mübahisəsinə daşıya bilər. Amma informasiya əldə etmək hüququ ictimai informasiya sorğulamaq hüququdur. İstənilən şəxs ictimai büdcədən və yaxud da resursdan gedən vəsaitləri sorğulaya bilər. Rəsmi qurumların da öhdəliyi həmin sorğulara adekvat uyğun cavab verməkdir"- deyə Ə.Məmmədli bildirib.

Xəbər 1019 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +