Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


08.01.2019  15:07 

Azərbaycanlıların öldüyü gəmidə qanunsuz kömür daşınıb - Yeni faktlar





A+  A-

Ötən gün Panama bayrağı altında üzən və Türkiyə sahillərində qəzaya uğrayan “Volqo Balt” yük gəmisi Rusiyanın Azov limanından Samsun limanına kömür daşıyıb.
XəzərNews.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, Rostov əyalətindəki Azov limanı tez-tez Donbassın işğal edilmiş hissəsindən Türkiyə limanları və digər ölkələrə qanunsuz kömür daşınması üçün istifadə edilir. Bu barədə “UNN” saytı Müvəqqəti İşğal Olunmuş Ərazilər və Məcburi Köçkünlərin məsələləri üzrə Nazirliyin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Nazirlik, həmçinin bəyan edib ki, monitorinq sisteminin məlumatlarına görə, bu cür hava şəraitində “Volqo-Balt” kimi “çay-dəniz” tipli gəmilər üçün qəzalar gözləniləndir.

Qeyd edək ki, 2017-ci ilin yayına qədər bu gəmi Rusiya bayrağı altında üzüb və sonradan iki ay müddətinə Sent-Kits və Nevis dövlətinin bayrağı altına keçib. 2017-ci ilin avqustundan isə gəmi Panama bayrağı altında üzüb.

Xatırladaq ki, gəminin batması nəticəsində ölən ekipaj üzvlərindən biri Azərbaycan vətəndaşı - kapitanın baş köməkçisi İbrahimov Məmmədəli Surxay oğlu olub. Digər həmyerlimiz – gəmi kapitanı İsmayılov Turbat Kamil oğlunun axtarışları isə davam etdirilir.

Xəbər 1253 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +