İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi


08.12.2017  16:51 

At əti satan daha bir şəxs saxlanıldı





A+  A-

Oğuz Rayon Polis Şöbəsinə qanunsuz at əti kəsimi ilə məşğul olan Vüqar Ziliyev barəsində məlumat daxil olub. Polis əməkdaşları tərəfindən məlumatın yoxlanılması ilə əlaqədar keçirilən tədbirlər zamanı V.Ziliyevin sərnişin qismində getdiyi avtomobilin yük yerinə baxış keçirilib. Orada qeyri-qanuni, antisanitar şəraitdə, mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan, təxmini çəkisi 150 kq-a yaxın at əti aşkar olunaraq götürülüb.
DİN-in mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, aşkar edilmiş ətdən baytarlıq qanunvericiliyinə müvafiq nümunələr götürülərək müayinə üçün Baytarlıq Laboratoriyasına göndərilib.
Laborator müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada tədbirlər görüləcək.
Faktla bağlı araşdırma aparılır.

Xəbər 1796 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +