Ramiz Mehdiyevə daha bir zərbə... - Məhkəmədən
Nərmin İsmayılova vəzifəsindən azad edilib
Narkotik satışı ilə məşğul olanlar tutuldu
Prezident Mehdi Sənayini qəbul edib
Tofiq Yaqublu aclıq aksiyasına başlayır
Ermənistan İranın 32-ci quberniyasına çevrilib - Politoloq
Ermənilər atəşkəsi pozub
Adil Əliyevin məhkəməyə verdiyi qazini polis saxlayıb
Bakıda piyadanı maşın vurub
Deyəcəksiniz ki, yox, bu hara, o hara?


28.10.2017  14:25 

Azərbaycan yeni birliyə daxil olur





A+  A-

Türkdilli Ölkələr və Qohum Topluluqların Milli Kitabxanalar Birliyi yaradılacaq.
XəzərNews.az Azərtac-a istinadən xəbər verir ki, “Türkdilli Ölkələr və Qohum Topluluqlar Milli Kitabxanaları Birliyi Statusu” layihə mətni oktyabrın 30-dan noyabrın 2-dək Antalyada keçiriləcək iclasda milli kitabxana rəhbərlərinə təqdim olunacaq.

Qeyd edək ki, 2016-cı il noyabrın 14-dən 17-dək Türkiyədə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Şimali Kipr, Moldova (Qaqauz Yeri), Rusiya Federasiyasının Başqırdıstan, Saxa (Yakutiya), Tatarıstan respublikaları milli kitabxanalarının iştirakı ilə “IV Türkdilli Ölkələr və Qohum Topluluqlar Milli Kitabxana Rəhbərləri Toplantısı” keçirilib. Bu toplantıda alınan ortaq qərara əsasən, birlik işlərinin hüquqi bazaya oturdulması, beynəlxalq rəsmi bir konfrans statusunda daha fəal və faydalı hala gətirilməsi məqsədi qarşıya qoyulub.

İclasda, həmçinin mərkəzi Ankara olmaqla birliyin Türkiyə qanunvericiliyi əsasında yaradılması, hər cür iş və prosesin Türkiyə qanunvericiliyi çərçivəsində aparılması, müvafiq işlərə Türkiyə Milli Kitabxanasının rəhbərlik etməsi məsələlərində razılığa gəlinib. Bu iclasın yekun sənədi milli kitabxana nümayəndələri tərəfindən imzalanıb.

Bu proseslərin nəticəsində müvafiq ölkələrin də dəstəyi ilə hazırlanan “Türkdilli Ölkələr və Qohum Topluluqlar Milli Kitabxanaları Birliyi Statusu” layihə mətni Antalyada keçiriləcək iclasda iştirakçıların təsdiqinə təqdim olunacaq.

Toplantıda, Azərbaycan, Başqırdıstan, Qaqauz Yeri, Qazaxıstan, Şimali Kipr, Qırğızıstan, Özbəkistan və Tatarıstan qurucu üzv, Bosniya və Herseqovina, Saxa (Yakutiya), Makedoniya, Kosovo, Monqolustan milli kitabxanaları isə müşahidəçi ölkə kimi iştirak edəcəklər.



Xəbər 2034 dəfə oxunub.



01.04.2025  09:52 

Ermənilər atəşkəsi pozub

01.04.2025  09:40 

Bakıda piyadanı maşın vurub

31.03.2025  09:31 

Volkan Konak vəfat edib

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?


BÜTÜN XƏBƏRLƏR +