Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


09.10.2023  11:53 

Allahşükür Paşazadə Qazaxıstana səfər edib





A+  A-

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 9-da Qazaxıstan Respublikasına səfərə yola düşür.

Xəzərnews.az-a bu barədə QMİ-dən məlumat verilib.

Bildirlib ki, Qazaxıstan Senatının sədri Maulen Aşimbayevin dəvəti ilə baş tutan səfərdə məqsəd oktyabrın 11-də paytaxt Astana şəhərində keçiriləcək Dünya və ənənəvi din liderlərinin Qurultay Katibliyinin XXI sessiyasında iştirak etməkdir.

Dinlərarası dialoq müstəvisində 20 ildən artıq tarixə malik nüfuzlu beynəlxalq platforma olan Dünya və ənənəvi din liderlərinin mütəmadi qurultaylarının daimi iştirakçısı və Qurultay Katibliyinin üzvü olaraq Şeyxülislam A. Paşazadənin 9-12 oktyabr tarixlərində Qazaxıstan paytaxtına həyata keçirəcəyi səfər çərçivəsində qardaş ölkənin yüksək məqam sahibləri, ölkənin dini lideri və Qurultay Katibliyi üzvləri ilə görüşləri nəzərdə tutulub.


Xəbər 2276 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +