Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır
Ukraynalı jurnalistin cənazəsi qaytarılıb
3 nəfərə 3 milyon dollar “atmaqda” ittiham olunur
Pekində İlham Əliyevin masasına qoyulanlar diqqət çəkdi - FOTO
Leyla Əliyeva Pekin Xarici Dillər Universitetində - FOTO


26.01.2023  12:39 

Kartof-soğan da bahalaşdı... - Video





A+  A-

Bir neçə gün əvvələ qədər 60 qəpiyə təklif edilən kartofun qiyməti indi 2 manata qədər artıb. Halbuki bu məhsul adətən yaz aylarındakı qıtlıq səbəbindən mart-aprel aylarında cüzi bahalaşırdı. Yaza isə 2 aya qədər vaxt var.

XəzərNews.az Xəzərxəbər-ə istinadla xəbər verir ki, paytaxtda insanların ən çox üz tutduğu “Yaşıl bazar”da yerli kartofu hətta iki manata da tapmaq olur. Satıcıların sözlərinə görə, bahalaşma bir necə gündür ki, müşahidə olunur.

Bu bazardakı satıcılar qiymət artımının daha çox yerli kartofda müşahidə olunduğunu bildirirlər. Ümumiyyətlə isə yerli kartofların içərisində ən bahalısı Gədəbəydən gəlmələr hesab olunur.



Alıcılar da bazarlarda bahalığın olduğunu bildirirlər.

Paytaxtın fərqli istiqamətində, “8-ci kilometr” bazarında isə yerli kartofun qiymətində 20 qəpiyə qədər bahalaşma var. Bu bazarda bahalaşma daha çox xaricdən gələn kartoflarda müşahidə olunur. Bazara ən çox kartof Rusiya, Belarus, Türkiyə və İrandan gətirilir.

Maraqlısı budur ki, xarici kartofda bahalaşma olsa da, yerli məhsulun qiymətində artım yoxdur.

Satıcılar qeyd edirlər ki, yaya doğru havalar isindikcə kartofun qiyməti enəcək.

Xəbər 1124 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +