Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır
Ukraynalı jurnalistin cənazəsi qaytarılıb
3 nəfərə 3 milyon dollar “atmaqda” ittiham olunur
Pekində İlham Əliyevin masasına qoyulanlar diqqət çəkdi - FOTO
Leyla Əliyeva Pekin Xarici Dillər Universitetində - FOTO


25.01.2023  14:14 

Türkiyə NATO-dan çıxarıla bilər?





A+  A-

Türkiyə hazırda NATO-dan çıxmağı düşünmür. Ölkəmizin alyansdan çıxması ilə bağlı iddialar səsləndirənlərin sözləri təəccüb doğurur. Hazırda bu barədə söhbət getmir.

XəzərNews.az türk mediasına istinadən xəbər verir ki, bunu ölkənin hakim Ədalət və İnkişaf Partiyasının rəsmi nümayəndəsi Ömər Çelik deyib.

"Biz NATO-nu quran ölkələrdən biriyik. Bu insanların belə şeylər deməyə haqqı yoxdur" - deyə Çelik bildirib.

Xatırladaq ki, Ana Vətən Partiyasının sədr müavini Ethem Sancak Türkiyənin 6 ay ərzində NATO-dan çıxa biləcəyini etiraf etmişdi.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu həftənin əvvəlində Ankaranın İsveçin NATO-ya üzv olmaq cəhdini dəstəkləməyəcəyini bildirib. İfrat sağçı siyasətçi Rasmus Paludan Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quranı yandırdıqdan sonra iki ölkə arasında münasibətlər daha da pisləşib.

XəzərNews.az

Xəbər 1242 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +