Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır
Ukraynalı jurnalistin cənazəsi qaytarılıb
3 nəfərə 3 milyon dollar “atmaqda” ittiham olunur
Pekində İlham Əliyevin masasına qoyulanlar diqqət çəkdi - FOTO
Leyla Əliyeva Pekin Xarici Dillər Universitetində - FOTO


12.09.2021  19:17 

ÜST: “Virus uzun illər həyatımızda qala bilər“





A+  A-

Koronavirus, onun mutasiya olunmuş formaları və yeni ştamlara qarşı peyvəndin etibarlı olması şübhə altındadır.
XəzərNews.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Hans Klüge bildirib.
İkili doza vaksinin koronavirusa 70 faiz son qoya biləcəyini ifadə edən Klüge yeni ştamların mövcudluğuna təsir edib-etməyəcəyinin şübhə doğurduğunu əlavə edib.
ÜST rəsmisi hazırda sürətlə yayılmaqda olan delta ştamına qarşı daha tutarlı peyvəndin hazırlanmasının zəruriliyini vurğulayıb.
"Virusun qrip kimi uzun illər həyatımızda qala biləcəyini nəzərə alsaq, peyvənd strategiyamızı da buna uyğunlaşdırmalıyıq", - Klüge əlavə edib.
ÜST-ün regional direktoruna görə, hökumətlər də tezliklə yeni strategiyalar təyin etməlidirlər. Əks təqdirdə, bütün dünyanı uzun müddət çətin günlər gözləyir.

Xəbər 1875 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +