Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


08.07.2021  10:29 

ABŞ Qara dənizə desant gəmisi göndərdi





A+  A-

ABŞ-ın hərbi dəniz qüvvələrinin “USNS Yuma” nəqliyyat-desant sürət gəmisi Qara dənizə yollanıb.
XəəzrNews.az xəbər verir ki, bu haqda Amerikanın 6-cı dəniz donanmasının tvitter hesabında məlumat verilib.

““USNS Yuma” Qara dənizdə şimal istiqamətində NATO-dan olan müttəfiq və tərəfdaşlarımız ilə qarşılıqlı fəaliyyət üçün araşdırmalara başlayıb”, - deyə açıqlamada bildirilir.

Qeyd edək ki, iyunun sonunda Qara dənizdə “Sea Breeze” beynəlxalq təlimləri başlayıb. Bu təlimlərdə Ukrayna, ABŞ və NATO üzvləri də daxil olmaqla 32 ölkədən 5 000 hərbçi, 40 təyyarə və 32 gəmi iştirak edir.

Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, Qara dəniz donanmasının qüvvə və vasitələri təlimlərdə iştirak edən gəmilərin fəaliyyətinə nəzarət etmək üçün kompleks tədbirlər görür.

Rusiyanın ABŞ-dakı səfirliyi açıqlama yayaraq təlimlərin miqyasının Qara dənizdə məqsədli xarakter daşımayan insidentlərin baş vermə riskini artırdığını qeyd edib. Bu səbəbdən də Moskva, Vaşinqton və onun tərəfdaşlarını regionda hərbi fəaliyyətlərdən imtina etməyə çağırıb.

Xəbər 1504 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +