Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


13.06.2018  13:49 

Çindən ABŞ-a sərt XƏBƏRDARLIQ





A+  A-

Çin ABŞ və Tayvanın mümkün hər hansı bir rəsmi əlaqəsinə qarşı çıxdı.
XəzərNews.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikası Dövlət Şurasının Dəftərxanasının Tayvan işləri üzrə nümayəndəsi Ma Syaoquan bəyan edib.

O, Tayvanda açılmış yeni Amerika İnstitutunun kompleksinə şərh bildirərkən Tayvan və ABŞ arasında hər hansı bir rəsmi əlaqəyə qarşı çıxıb.

“Regionda Sülh və stabillik və iki tərəfli əlaqələrin pozulmaması üçün Birləşmiş Ştatlar Pekin və Vaşinqton arasında imazalanmış "bir Çin" və üç birgə komitə prinsipinə riayət etməlidir” – Syaouqan bildirib.

Dünən isə Çinin XİN-nin rəsmi nümayəndəsi Qen Şua “adada Amerikanın de-fakto səfirliyinin açılması” ilə əlaqədar ABŞ-a sərt bəyanat verib.

Qeyd edək ki, Çində XX əsrin ortalarında komunistlər ilə yerli hakimiyyət tərəfdarları arasında baş vermiş vətəndaş müharibəsində ikinci tərəf məğlub olub. Nəticədə 1949-cu ildə Çan Kayşinin başçılığı ilə məğlub tərəf Tayvan adasına sığınır və burada öz hakimiyyətlərini qurular. Onlar kamusintlər tərəfindən ələ keçirilmiş və dəyişdirilmiş keçmiş Çinin bayraq, valyuta və bir sıra digər atributlarını saxlayıblar. Rəsmi Çin isə hələ də adanı özünün bir vilayəti hesab edir.

Xəbər 1495 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +