Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


14.06.2017  18:21 

Polisə gətirildi, evindən heroin tapıldı





A+  A-

Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində bir nəfər özünü şübhəli apardığından polis əməkdaşları tərəfindən saxlanılaraq 3-cü Polis Bölməsinə gətirilib.
XəzərNews.az-ın Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, saxlanılan şəxsin üzərinə baxış keçirilən zaman cibindən polietilenə qablaşdırılmış gümüşü rəngli siqaret kağızında 2 bükülü və 1 ədəd qatlanan bıçaq aşkar edilərək götürülüb.

Araşdırmalarla onun şəhər sakini Elşən Həsənov olduğu məlum olub.

Ekspertizaya göndərilən həmin bükülüdəkilərin 0,627 qram narkotik vasitə olan heroin olması barədə rəy verilib. Əməliyyat tədbirlərinin davamı olaraq onun yaşadığı mənzilə baxış keçirilib və oradan qara sellofan torbada ümumi çəkisi 570 qram olan heroin aşkar edilərək götürülüb.

E.Həsənov təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində cinayət işi başlanılıb. Zəruri və təxirəsalınmaz istitintaq hərəkətləri davam etdirilir.

Xəbər 1523 dəfə oxunub.



24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +