Volkan Konak vəfat edib
Prezident 31 Martla bağlı paylaşım edib
Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib


18.03.2024  10:10 

Biz onların üzərinə getməliyik!





A+  A-

Dostlar, Həmkarlar, Vətəndaşlar, Sakinlər! Bir sözlə hamı və ya demək olar ki, HAMI! Azərbaycan Ərazi Bütövlüyünü Bərpa və Dövlət Suverenliyini Təmin edəndən sonra yeni tarixi tapşırıq alıb: qazandığı nəticələri qorumaq və əbədi etmək. Bu-hər birimizin vəzifəsinə çevrilməlidir.

Yeni geosiyasi şərait həm də yeni geomedia şəraiti yaradıb. Biz ənənəvi medianın standartlarını bilirik. On illərlə bu standartlarla yaşamışıq. Ali təhsil alıb diplom əldə etmiş, təyinatla iş yerinə göndərilmiş, meşin portfellərlə yaşlanaraq peşəkarlaşmışıq.

Müxbir olmuşuq, felyeton, oçerk, zarisovka və s. yazmışıq… Amma bu artıq keçmişdir.

Biz yeni geomedia mühitində yeni şərtlərlə üz-üzəyik. Medianın məzmunundakı unitarlıq federativliyə transfarmasiya edib. Hər kəs sosial hesabında həm də media-fərd, insan-orkestrdir! Belə səhifələri Azərbaycana işlətməli, dövlət üçün, Vətən uğrunda platformalara, səngərlərə, barrikadalara çevirməliyik. Əks təqdirdə öz kiçik “leylək yuvanız” kimi qoruduğunuz o ünvanların bir qara quruş da qiyməti olmayacaq! Baxın: bu saat həm daxildən, həm xaricdən Azərbaycana qarşı hücumlar əsasən sosial media, sosial hesablar üzərindən yönəldilir. Deməli, həmin bu “virtual dronları” biz öz sosial hesablarımız vasitəsilə zərərsizləşdirməliyik.

Neçə teleyayımçı var Azərbaycanda?

Neçə internet kanal var? Neçə radio var?

Barmaqla sayıla biləcək həddə…

Bəs nə qədər sosial şəbəkə istifadəçisi var?

Milyonlarla!!!

Deməli, biz milyonlar olaraq da onların üzərinə getməliyik! Səslərini elə batırmalıyıq ki, heç öz ürəklərində danışanda belə-eşidə bilməsinlər. Bu dəfə adlar çəkməyəcəm. Söhbət özünü bloqer, internet tv, sadəcə fəal çox minli səhifə istifadəçisi adlandıran-Azərbaycana nifrət, qarışıqlıq, iğtişaş aşılayanlardan gedir. Onları ürəkli edən də məhz bizdəki “mənim yuvam(oxu: mənim səhifəm)-mənə məxsusdur!” fəlsəfəsidir.

Özünkünü dövlətdən ayırmaq düşüncəsidir. Belə olmaz! Bu, vətəndaşlıqdan deyil! Hər kəs öz səhifəsini, öz sosial hesabını daxildən və xaricdən media intervensiyasına məruz qalmış Azərbaycan naminə səfərbər etməlidir. Azərbaycana görə canını əsirgəməyən şəhidlərimizdən ayıbdır! Gizləndiyiniz yerlərdən çıxın və dərhal mübarizəyə başlayın!

Mövqeyinizi açın! Görünün!

Atəşi öz üzərinizə götürün! Söhbət İnformasiya müharibəsindən gedir!

Arxada Azərbaycandır!

Mir Şahin Ağayev

Xəbər 982 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

31.03.2025  09:31 

Volkan Konak vəfat edib

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +