Deyəcəksiniz ki, yox, bu hara, o hara?
Volkan Konak vəfat edib
Prezident 31 Martla bağlı paylaşım edib
Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb


21.07.2020  12:26 

Naxçıvan-Bakı reyslərinin sayı artırılmalıdır - DEPUTAT





A+  A-

Oktyabr üçün qardaş Türkiyə də daxil olmaqla xeyli sayda ölkələr yerli uçuşları artıq bərpa edib. Ölkəmizdə də daxili uçuşlardan paytaxt ilə Naxçıvan arasındakı hava əlaqəsi bərpa olunub, amma reyslərin az olması səbəbindən bu imkandan istifadə edənlərin sayı hələ ki məhduddur.
XəzərNews.az-ın məlumatına görə, bununla bağlı fikir bildirən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, Bakıdan Naxçıvana uçuşlar həftədə 1 gün və ya 4 dəfə həyata keçirilir:

“Hər uçuş zamanı 100, həftə ərzində maksimum 400, ayda isə 1600 vətəndaşımız paytaxtdan Naxçıvana təyyarə ilə gedə bilir. Bizə olan müraciətlər göstərir ki, hazırda hər iki istiqamət üzrə getmək istəyənlərin sayı kifayət qədər çoxdur. İlkin qiymətləndirmələrə görə, ilk sərt karantin tətbiq olunduqdan sonra Bakıda qalan 6 mindən çox vətəndaşımız Naxçıvana getmək barədə müraciət edib”.

Deputat qeyd edib ki, ayda ən çox 1600 sərnişinin bu uçuş xətlərindən istifadə etməsinin mümkünlüyünü nəzərə aldıqda, indi Bakıdan Naxçıvana getmək istəyən vətəndaşımızın bir qismi oktyabr və hətta noyabr ayı üçün yer sifariş etdirmək məcburiyyətində qalıb:

“Yəni, reyslərin sayı artırılmasa, bəzi vətəndaşlarımıza uçuş növbəsi 3-4 aydan sonra çatacaq. AZAL-ın təyyarə parkının imkanlarını nəzərə aldıqda uçuşların sayının və günlərinin ən azı 2 dəfə artırılması məqsədəuyğun olardı. Təyyarə ilə uçmaq istəyən vətəndaşlar koronavirusa yoluxmamaq haqqında arayış tələbinə və eləcə də getdikləri yerdə bəlli müddətdə özünütəcridə əməl etmək şərti ilə uçuşlardan istifadə edə bilərlər. Bu, bir tərəfdən virusun yayılmasının qarşını alacaq, digər tərəfdən isə Bakı ilə Naxçıvan arasındakı hava nəqliyyatının mərhələli şəkildə tam bərpasına imkan yaradacaq”.

Xəbər 1663 dəfə oxunub.




31.03.2025  09:31 

Volkan Konak vəfat edib

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +