Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi


15.03.2020  12:27 

Səfirlikdən ABŞ və Fransadakı Azərbaycan vətəndaşlarına MÜRACİƏT





A+  A-

Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı səfirliyi hazırda bu ölkədə olan Azərbaycan vətəndaşlarına müraciət edib.
Bu barədə XəzərNews.az-a səfirlikdən məlumat verilib.

“ABŞ-da fövqəladə vəziyyət elan olunduğunu nəzərə alaraq, ABŞ-da yaşayan Azərbaycan Respublikası vətəndaşlarından Vaşinqton şəhəri və ya Los Anceles şəhərində yerləşən Azərbaycan Respublikasının müvafiq konsulluq bölmələrində qeydiyyata düşmələri xahiş olunur” - deyə, məlumatda qeyd olunub.

Eyni zamanda Azərbaycanın Fransadakı səfirliyi də bu ölkədə olan həmyerlilərimizə müraciət edib. Qeyd olunub ki, hazırda koronavirusun (COVID-19) dünyanın müxtəlif regionlarında, xüsusən Avropada sürətlə yayılması müşahidə edilir. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) epidemiyanın pandemiya mərhələsinə keçdiyini elan edib:

“COVID-19 virusundan effektiv qorunmaq və yoluxma riskini minimuma endirmək üçün ÜST, eləcə də Azərbaycan və Fransa dövlət orqanları tərəfindən yayılan maarifləndirici məlumatların diqqətlə izlənilməsi, verilən tövsiyyələrə əməl edilməsini xahiş edirik.

Hazırda Fransada olan və vətənə qayıtmaq istəyən vətəndaşlarımızdan mövcud vəziyyətdən irəli gələn məsələlərinin, habelə qarşılaşdığı problemlərin təxirəsalınmaz və operativ həllinə kömək etmək məqsədilə Səfirliyin konsulluq bölməsinə telefon (+33 (0) 1 44 18 60 23), e-mail ([email protected]) və ya poçt vasitəsi ilə (78, avenue d`Iéna Paris 75116) məlumat vermələri xahiş olunur”, - məlumatda deyilir.

Xəbər 2121 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +