Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi


09.06.2018  11:38 

Bu dəfə Pərvinlə Rahidə dalaşdı - VİDEO





A+  A-

Ötən gün “Maşın” realiti şousunun iki tanınmış iştirakçısı Pərvin Abıyeva və Rahidə Baxışova arasında gərgin anlar yaşanıb.
XəzərNews.az xəbər verir ki, Rahidə Aytən Səfərova ilə söhbət edərkən “Susduqca başımda otururlar, düşünürlər ki, sakitəm. Nə istəsələr, edə bilərlər”- deyə bildirib.

Müğənninin bu fikirlərinə Pərvin müdaxilə edib və onlar arasında mübahisə yaranıb.

Rahidə aktrisanın onun işinə tez-tez qarışdığını bildirib: “Bu, mənə aid olan bir məsələdir, xahiş edirəm qarışmayın. Bayaqdan görürəm ki, gəlirsiz, sifət edirsiz, üzünüzü mənə çevirirsiz. Mən anlamıram. Bura söz yarışına gəlməmişəm. İndiyənədək heç kimin arxasıyla da danışmamışam".

Pərvin isə Rahidənin çıxışına belə şərh verib: “Siz niyə uzadırsız? Kim ki, məni satır…Mən sizin üzünüzə baxıb yalandan gülmək istəmirəm. Xətrimə dəymişdiz, sizinlə aydınlaşdırmaq istədim. Rahidə, sən oyunda tez-tez hədəf dəyişirsən”.

Bu zaman Baxışova əsəbilərini cilovlaya bilməyib, “Siz mənim işimə qarışa bilməzsiz” deyərək qışqırmağa başlayıb. Pərvin isə “Mənim uşaqlıqdan fanatlıq etdiyim adama baxın, qışqırır” deyərək söhbəti bağlamaq istədiyini deyib.

VİDEO

Xəbər 4635 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +