28.11.2019 10:44
YAP-ın təcili iclasına çağırılan şəxslərin tam SİYAHISI
Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının iclası keçiriləcək.
Partiyadan XəzərNews.az-a verilən məlumata görə, iclas saat 11-də başlayacaq.
Hələ ki iclasın gündəliyi açıqlanmayıb.
Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədov Siyasi Şuranın iclasının yekunları ilə bağlı saat 15.00-da mətbuat konfransı keçirəcək.
Qeyd edək ki, hazırda YAP-ın Siyasi Şurasında 85 nəfər, İdarə Heyətində 20 nəfər təmsil olunur.
Siyasi Şura üzvlərinin siyahısını təqdim edirik:
İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri
İsmət Abasov - təqaüdçü
Əli Abbasov - Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinin müşaviri
Rövnəq Abdullayev - Milli Məclisin deputatı, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Prezidenti
Vaqif Abdullayev - müvəqqəti işləmir
Fatma Abdullazadə - təqaüdçü
Yevda Abramov - Milli Məclisin deputatı
Hacıbala Abutalıbov - təqaüdçü
Elnur Aslanov - müvəqqəti işləmir
Hüseynqulu Bağırov - müvəqqəti işləmir
Azad Balayev - Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının sədri, rayon İcra Hakimiyyəti başçısının müavini
Tahir Budaqov - Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri
Yaqub Eyyubov - Baş nazirin birinci müavini
Ağaəli Əhmədov - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının əməkdaşı
Əli Əhmədov - Baş nazirin müavini, YAP Sədrinin müavini – icra katibi
Namiq Əhmədov - Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri
Sədrəddin Əkbərov - Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məsul işçisi
Fuad Ələsgərov - Prezidentin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri
Cəmil Əliyev - Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb xidmətinin rəisi, Milli Onkologiya Elmi Mərkəzinin direktoru
Əlibaba Əliyev - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının əməkdaşı
Firdovsi Əliyev - Ekologiya və Təbii Sərvətlər nazirinin müavini
Qafar Əliyev - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının əməkdaşı
Vaqif Əliyev - Mədəniyyət nazirinin I müavini
Vilayət Əliyev - Azərbaycan Dövlət Pedoqoji Universitetinin birinci prorektoru
Yaqub Əliyev - Bakı Baş Təhsil İdarəsinin şöbə müdiri
Mehriban Əliyeva - Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədr müavini
Nurlana Əliyeva - Bakı Slavyan Universitetinin rektoru, YAP Qadınlar Şurasının sədri
Akif Əlizadə - Yeni Azərbaycan Partiyasının Sədr müavini, AMEA Geologiya İnstitutunun direktoru
Əli Əsədov - Azərbaycan Respublikasının Baş naziri
Oqtay Əsədov - Milli Məclisin sədri
Ağabəy Əsgərov - «Azərbaycan» nəşriyyatının baş direktoru
Asif Əsgərov - Nəsimi rayon İcra Hakimiyyətinin başçısı
Şahlar Əsgərov - Bakı Dövlət Universitetinin professoru
Ziyafət Əsgərov - Milli Məclisin sədrinin birinci müavini, Müdafiə,Təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri
Abdin Fərzəliyev - Nərimanov rayon İcra Hakimiyyətinin başçısı
Asəf Hacıyev - Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasının baş katibi
İsa Həbibbəyli - Milli Məclisin Elm və təhsil komitəsinin sədri, AMEA-nın birinci vitse-prezidenti
Əli Həsənov - Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri
Əli Həsənov - Yeni Azərbaycan Partiyasının Sədr müavini
Yusif Hümbətov - «Azərsutikinti» Səhmdar Cəmiyyətinin sədri
Aydın Hüseynov - Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri
Hicran Hüseynova - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri
Vaqif Hüseynov - müvəqqəti işləmir
İradə Hüseynova - Bakı Dövlət Universitetinin professoru
Nizami Xudiyev - Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri
David İbrahimxəlilov - Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri
Məlahət İbrahimqızı - Milli Məclisin deputatı, YAP Nəsimi rayon təşkilatının sədri
Eldar İbrahimov - Milli Məclisin Aqrar siyasət komitəsinin sədri
Sudeyf İmamverdiyev - Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının müdiri
Nazim İsmayılov - Saatlı rayon İcra Hakimiyyətinin başçısı
Süleyman İsmayılov - Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri
Mirkazım Kazımov - Milli Məclisin deputatı, «Qasid» firmasının prezidenti
Kərim Kərimov - Yeni Azərbaycan Partiyası İcra Katibliyinin müşaviri
Elmar Qasımov - Bakı Ali Neft Məktəbinin rektoru
Sədaqət Qəhrəmanova - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini
Xeyrəddin Qocayev - Prezident təqaüdçüsü
Musa Quliyev - Milli Məclisin deputatı
Samirə Quliyeva - YAP Gənclər Birliyi sədrinin müavini, Azərbaycan Respublikası Nazirlər Kabinetində sektor müdiri
Mübariz Qurbanlı - Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP İcra katibinin müavini
Yaqub Mahmudov - Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru
Ramiz Mehdiyev - Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik
Abel Məhərrəmov - akademik
Rafiq Məmmədhəsənov - Milli Məclisin deputatı
Novruz Məmmədov - təqaüdçü
Ramin Məmmədov - YAP Gənclər Birliyi sədrinin müavini, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini
Şahin Məmmədov - Masallı rayon İcra Hakimiyyətinin başçısı
Gülçöhrə Məmmədova - Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru
Misir Mərdanov - Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktoru
Aydın Mirzəzadə - Milli Məclisin deputatı
Bahar Muradova - Milli Məclisin sədr müavini, İnsan hüquqları komitəsinin sədri
Musa Musayev - müvəqqəti işləmir
Şahin Mustafayev - Azərbaycan Respublikası Baş nazirinin müavini
Zeynal Nağdəliyev - Prezidentin ərazi-təşkilat məsələləri üzrə köməkçisi-şöbə müdiri
Siyavuş Novruzov - Milli Məclisin İctimai birliklər və dini icmalar komitəsinin sədri, YAP İcra katibinin müavini
Seymur Orucov - Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri
Hüseyn Paşayev - Yeni Azərbaycan Partiyası Mətbuat Xidmətinin rəhbəri
Hadı Rəcəbli - Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri
Arif Rəhimzadə - Milli Məclisin Regional Məsələlər komitəsinin sədri
Vüqar Rəhimzadə - «İki sahil» qəzetinin baş redaktoru
Dilarə Seyidzadə - Prezidentin Katibliyinin rəisi-Prezidentin köməkçisi
Aynur Sofiyeva - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini
Vasif Talıbov - Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, YAP Naxçıvan Muxtar Respublikası təşkilatının sədri
Rizvan Vahabov - müvəqqəti işləmir
Misirxan Vəliyev - Yeni Azərbaycan Partiyası İcra Katibliyində baş təlimatçı
Mixail Zabelin - Milli Məclisin deputatı
***
YAP-ln İdarə Heyətində aşağıdakı şəxslər təmsil olunur:
İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri
Hacıbala Abutalıbov - təqaüdçü
Əli Əhmədov - Baş nazirin müavini, YAP Sədrinin müavini – icra katibi
Vaqif Əliyev - Mədəniyyət və Turizm nazirinin I müavini
Mehriban Əliyeva - Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyasının sədr müavini
Nurlana Əliyeva – Bakı Slavyan Universitetinin rektoru, YAP Qadınlar Şurasının sədri
Akif Əlizadə -Yeni Azərbaycan Partiyasının Sədr müavini
Əli Həsənov - Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri
Əli Həsənov - Yeni Azərbaycan Partiyasının Sədr müavini
Yusif Hümbətov - «Azərsutikinti» Səhmdar Cəmiyyətinin sədri
Nizami Xudiyev - Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri
Eldar İbrahimov - Milli Məclisin Aqrar siyasət komitəsinin sədri
Kərim Kərimov - Yeni Azərbaycan Partiyası İcra Katibliyinin əməkdaşı
Mübariz Qurbanlı - Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP İcra katibinin müavini
Abel Məhərrəmov - akademik
Bahar Muradova - Milli Məclisin sədr müavini,İnsan hüquqları komitəsinin sədri
Siyavuş Novruzov - Milli Məclisin İctimai birliklər və dini icmalar komitəsinin sədri, YAP İcra katibinin müavini
Arif Rəhimzadə - Milli Məclisin Regional məsələlər komitəsinin sədri
Vasif Talıbov - Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, YAP Naxçıvan Muxtar Respublikası təşkilatının sədri
Mixail Zabelin - Milli Məclisin deputatı.
Xəbər 1467 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|