O qadınla 5-6 gün oteldə qaldıq, məni şantaj edirdi - Şərurlu İsfəndiyar
Əli Əsədovun sədrliyi ilə iclas keçirildi
Adəm Məmmədov azadlığa çıxmaq istəyir
Azərbaycanın etibarlı rolunu qiymətləndiririk - Səfir
Donald Tramp NATO-nun sammitində iştirak edəcək
“Şah“ otelin sahibi qolbaqda gəzəcək
“Embawood” qüsurlu mal satıb - Rəsmi
Bu mərkəzin iki əməkdaşı istintaqa cəlb olundu
Avtomobili partladıldı, deputat həlak oldu - Fotolar
Bulvar ərazisində dənizdən meyit tapıldı


26.03.2024  00:00 

1 saylı Hüquq Məsləhətxanasının sabiq müdiri həbs edilib





A+  A-

200 min manata yaxın mənimsəmədə ittiham olunan 1 saylı Hüquq Məsləhətxanasının sabiq müdiri Sümbülə Əliyeva həbs edilib.

Xəzərnews.az Qafqazinfo-ya istinadla xəbər verir ki, bir müddət əvvəl barəsində qiyabi həbs qərarı çıxarılmış vəkil polis əməkdaşları tərəfindən saxlanılıb.

Əliyeva müvəqqəti saxlanma məntəqəsinə yerləşdirilib. S. Əliyevanın işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. O, 1 ilə yaxın məhkəmə proseslərinə gəlməyib. Onun haqda ötən ilin əvvəlində polis vasitəsilə məcburi məhkəməyə gətirilmə qərarı çıxarılsa da, keçmiş vəkili yenə də hakim qarşısına çıxarmaq mümkün olmayıb. Hakim Mahmud Ağalarov çoxsaylı çağırışlarına gəlməyən xanım müttəhim haqda qiyabi həbs qərarı qəbul edib. Artıq qərar polis tərəfindən icra edilib. Yaxın günlərdə məhkəmə araşdırması yenidən davam edəcək.

Qeyd edək ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə Sümbülə Əliyevanın vəkillik fəaliyyəti barəsində elan olunacaq hökm qanuni qüvvəyə minənədək dayandırılıb.

Xəbər 10377 dəfə oxunub.




04.04.2025  13:08 

Danimarka ABŞ-a qarşı

04.04.2025  10:00 

İtkin düşən məktəbli tapılıb


BÜTÜN XƏBƏRLƏR +