Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


05.10.2021  18:58 

Politoloq: “İran Azərbaycan əlaqələri geri dönməz mərhələyə keçib“





A+  A-

"İran Naxçıvana Azərbaycanın hərbi nəqliyyat yolunu bağlayıb. Proseslər hər iki ölkənin səfirinin geri çağırılması ilə inkişaf edə bilər. İran Azərbaycana qarşı ciddi təhdid edici addımlar atır".

XəzərNews xəbər verir ki, bu barədə açıqlama ilə politoloq Məhəmməd Əsədullazadə çıxış edib.

M.Əsədullazadə bildirib ki, İran Azərbaycanla dövlət sərhəddində narkotik qaçaqmalçılıq adı ilə sərhədçilərimizə qarşı silah işlədə bilər:

"Dövlət sərhədinin cənub və cənub-qərb istiqamətində diqqətli olmalıyıq. Azərbaycan tərəfi ilkin olaraq səfiri geri çağırmalı və İranın Ali dini rəhbərinin Azərbaycanda nümayəndəsini ölkədən çıxarmalıdır. Ümumiyyətlə İranın Ali dini rəhbərinin Azərbaycanda ofisi "5-ci" kolon hazırlayır və ölkəmizdə gənclərin ideoloji olaraq İranyönümlü kimi hazırlayırlar".

Politoloq əlavə edib ki, İran Azərbaycan əlaqələri geri dönməz mərhələyə keçib, siyasi atmosfer Tehran tərəfindən qızışdırılır və geosiyasi şərtlərlə barışmır.

Xəbər 1978 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +