Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


21.08.2018  11:54 

65 ildən sonra oğluyla görüşdü





A+  A-

Cənubi Koreyalı bir qrup 1950-1953-cü illər müharibəsindən bu yana heç görüşmədikləri yaxınlarını görmək üçün Şimali Koreyaya səfər edib.
XəzərNews.az xarici KİV-ə istinadən xəbər verir ki, sonuncu dəfə 3 il bundan qabaq baş tutan səfərdən sonra növbəti qrup yaradılıb. Qrupun içərisindəki 92 yaşlı qadın 65 il sonra ilk dəfə oğluyla görüşüb. Belə ki, 65 il bundan qabaq Lee Kom Seom adlı qadın müharibə vaxtı şimaldan qaçarkən əri və 4 yaşlı oğlunu itirib. O, bu günün gələcəyini xəyal belə etmədiyini və oğlunun sağ olub olmamasından xəbərsiz olduğunu vurğulayıb.

Cənubi Koreyalı qrup görüşmə üçün sərhəddən avtobusla Kumqanqa gedib. Əsgərlərin nəzarəti altında 3 gün ərzində cəmi 11 saat yaxınları ilə görüşə biləcək.

Şimali Koreyaya səfər edənlər arasında ən yaşlısının 101 yaşı var.

Qeyd edək ki, Koreya müharibəsində milyonlarca ailə öz yaxınlarından didərgin düşüb. Son 18 ildə 20 dəfə bu cür görüşlər baş tutub. Ailələrin bir neçə saatlığına yaxınlarını görmələrinə icazə verilib. Qardaşın qardaşla, valideynlərin öz övladlarıyla görüşmə səhnələrində duyğusal anlar yaşanıb.

Xəbər 1298 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +