Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var
Dağıdılan evdən nə xəbər? - VİDEO
Milyonluq avtomobil ilə qəza şəraiti yaratdı - VİDEO


11.02.2025  11:20 

Rusiya qırıcıları Polşa sərhəddində VURULDU





A+  A-

Fevralın 11-də səhər saatlarında Polşa-Ukrayna sərhəddində Rusiyanın döyüş təyyarələri darmadağın edilib.

XəzərNews.az xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin operativ komandanlığı X sosial şəbəkəsində məlumat yayıb.

"Ukrayna ərazisində yerləşən hədəfləri vuran Rusiya Federasiyasının hücumu ilə əlaqədar Polşa və müttəfiqlərin təyyarələri hava məkanımızda fəaliyyətə başlayıb. Dərhal növbətçi döyüş təyyarələri havaya qaldırılıb", - məlumatda deyilir.

Polşa hərbçilərinin məlumatına görə, yerüstü hava hücumundan müdafiə və radar kəşfiyyat sistemləri “ən yüksək hazırlıq” vəziyyətinə gətirilib.

"Görülən tədbirlər təhlükə altında olan ərazilərlə həmsərhəd ərazilərdə təhlükəsizliyin təmin edilməsinə yönəlib. Silahlı Qüvvələrin operativ komandanlığı mövcud vəziyyətə nəzarət edir və ona tabe olan qüvvələr və vasitələr dərhal cavab tədbirləri üçün tam hazır vəziyyətdədir", - Polşa hərbçiləri vurğulayıb.

Xəbər 1173 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +