Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


16.06.2022  19:11 

“Söhbət Azərbaycandan getdikdə hamı susurdu” - Hikmət Hacıyev





A+  A-

“Azərbaycan 30 il əvvəl işğal ilə üzləşdikdə beynəlxalq ictimaiyyət susdu”.

Bunu IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Qlobal təhlükəsizlik strukturuna və sülh perspektivlərinə təkrar baxış” mövzusunda paneldə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev bildirib.

“Müstəqilliyinin ilk illərində Azərbaycan işğala və etnik təmizləməyə məruz qaldı. Biz Ukraynanın üzləşdiyi çətinlikləri başa düşürük, çünki 30 il əvvəl Azərbaycan da böhranla üzləşmişdi. Həmin vaxt Azərbaycan ədalətli yanaşmaya ümid etsə də, beynəlxalq ictimaiyyət susdu.

Azərbaycana qarşı selektiv yanaşma nümayiş etdirildi. Söhbət Azərbaycandan getdikdə hamı susurdu”, - H.Hacıyev deyib.

O, həmin mürəkkəb zamanda Azərbaycan xalqını dəstəkləmiş və Ermənistan ilə diplomatik münasibətlər qurmamış Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanına öz təşəkkürünü bildirib./“Report”

Xəbər 1640 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +