Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


01.11.2021  10:47 

Hərbi yük maşınları partladıldı - Müharibənin bu günü...





A+  A-

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı.

XezerNews.az müharibənin 36-cı günündə baş verənləri təqdim edir:

• Müdafiə Nazirliyinin məlumatına əsasən, döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. İşğalçı ordunun xeyli sayda canlı qüvvəsi, bir ədəd piyada döyüş maşını, iki ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, səkkiz ədəd müxtəlif tipli topu, iki rabitə qülləsi, beş ədəd avtomobil texnikası sıradan çıxarılıb.

• Prezident İlham Əliyev Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

• Ermənistan silahlı qüvvələrinin döyüş sursatı yüklənmiş hərbi yük maşınları partladılıb.

• Zəngilan istiqamətində düşməndən növbəti hərbi qənimət götürülüb.

• Tərtər rayonunun yaşayış məntəqələri növbəti dəfə artilleriya atəşinə tutulub - AZƏRTAC-ın fotoreportajı.

• Düşmənə məxsus iki ədəd “Qrad”, iki artilleriya batareyası, hərbi avtomobil korteji sıradan çıxarılıb.

• Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsinin məhv edilməsinin videogörüntüsünü paylaşıb.

• Düşmənin xeyli sayda canlı qüvvəsi aviazərbələrlə məhv edilib.

Xəbər 1330 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +