Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


06.11.2018  13:26 

Ötən gün 3 piyada yol qəzasında ölüb





A+  A-

Noyabrın 5-də ölkə ərazisində 3 nəfər piyada vurularaq öldürülüb.
XəzərNews.az DİN-ə istinadən xəbər verir ki, saat 17 radələrində Sumqayıt şəhəri ərazisində şəhər sakini Spartak Cəbiyev idarə etdiyi “KamAZ-55111” markalı avtokranla yolu keçən həmyerliləri Elvin Ağayevi və Rasim Rüstəmlini vurub. Nəticədə E.Ağayev hadisə yerində ölüb, R.Rüstəmli xəstəxanaya yerləşdirilib.

Həmin gün daha bir qəza isə paytaxtda baş verib. Saat 21 radələrində Binəqədi qəsəbəsi ərazisində Bakı şəhər sakini Arif Namazov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Biləcəri qəsəbə sakini Abiddin Bağırovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Növbəti qəzada isə qatar piyadanı vurub. Noyabrın 5-də saat 7 radələrində Tovuz rayonunun Dondar Quşçu kəndi ərazisindəki qorunan keçiddə qatarla kənd sakini Nemət Həsənov vurulub və nəticədə o, hadisə yerində ölüb.

Xəbər 1498 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +