Yeni tikili binalarda qaraj fırıldağı - VİDEO
CHP-li bələdiyyə başqanı Öcalanı təhqir etdi: “Erməni atan...”
Ceyhun Bayramov Abu-Dabiyə səfər edib
ATƏT Krivoy Roqa görə təcili iclas çağırdı
Ədalət Verdiyev azadlığa buraxıldı
Kiyevdə mənzil kirayələri ucuzlaşıb - Qiymətlər
53 nəfərin mənzilindən qaz sayğaclarını oğurlayıblar
51 nəfərin diplomu tanınmayıb - Səbəb?
Xanlar Vəliyev vəzifəsindən gedir?
“AFB Bank” kredit faizlərini artırıb


27.12.2023  12:36 

Nazir əməliyyat müşavirəsi keçirdi





A+  A-

Daxili İşlər Nazirliyində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramlarında əhalinin təhlükəsizliyinin təminatına dair onlayn formatda əməliyyat müşavirəsi keçirilib.

Xəzərnews.az xəbər verir ki, Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əməliyyat müşavirəsində asayişin mühafizəsi, ictimai qaydanın qorunması və ictimai təhükəsizliklə bağlı qarşıda duran vəzifələri və tapşırıqları diqqətə çatdırıb.

Nazir bayram günlərində daxili işlər orqanlarının şəxsi heyətinin gücləndirilmiş rejimdə xidmət edəcəyini, əhalidən daxil olan bütün çağırışlara dərhal və çevik reaksiya verilməsinin, naryad qruplarının fəaliyyətinin fasiləsizliyi, əhalinin narahatlığına səbəb ola biləcək halların aradan qaldırılmasının, hərəkətin intensiv olacağı küçə və prospektlərdə, magistral yollarda xidmətin nümunəvi təşkilinin vacibliyini diqqətə çatdırıb.

Müşavirədə iştirak edən daxili işlər orqanlarının rəhbər heyətindən respublikada asayişin, təhlükəsizliyin, qanunçuluğun və hüquq qaydasının qorunması sahəsində fəaliyyət nəzarətdə saxlanılmaqla, qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması, vətəndaş məmnunluğunun təmin edilməsi tələb edilib.

Xəbər 1056 dəfə oxunub.



07.04.2025  19:07 

Ev tikən, yoxsa məscid sökən?!

07.04.2025  15:38 

Fürsətcilin ÖZÜNÜİFŞASI


BÜTÜN XƏBƏRLƏR +