“Badamlı Quşçuluq”da yoxlama... - Nələr aşkarlandı?
Ağadadaş Ağayevlə bağlı hökm yanlış tirajlanıb? - VİDEO
Paytaxtda nə qədər üztanıma kamerası var?
Türkiyəli “biznesmen“in arxasında hansı qüvvələr dayanıb?
Qohumlar arasında nikah qadağan olunur
Zelenskinin istefası müzakirə edilməyib – Fox News
Mərkəzi Gömrük Hospitalında nə baş verir?
1 milyonluq mənimsəmədən 100 mini ödənilib?
Kim boşanmaq istəyir: Kişilər, yoxsa qadınlar?
Ruslar Odessanı “İsgəndər-M” raketi ilə vurdu


26.09.2023  14:31 

Ərdogandan Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama





A+  A-

Quru və dəmir yolları ilə Naxçıvan, eləcə də Azərbaycanın digər bölgələri arasında birbaşa əlaqə qurmağımız münasibətlərimizi daha da gücləndirəcək.

Xəzərnews.az Yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvandan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib.

O deyib: “Bu güclü əlaqə sayəsində bir çox məsələdə qət etdiyimiz məsafəni bir qədər də artıracağıq. Bu səbəblə bir an öncə bu koridorun (Zəngəzur dəhlizinin) açılması üçün əlimizdən gələn səyləri göstərəcəyik. Türkiyə və Azərbaycan üçün çox önəmli olan bu koridorun reallaşması stratejidir və mütləq tamamlanmalıdır.

Bu koridor açıldıqda Bakıdan yola çıxan avtomobil, yaxud da qatar birbaşa Qarsa gələ biləcək. Türkiyə-Azərbaycan qardaşlığı daha çox güclənəcək. İrandan da bu məsələ ilə bağlı müsbət siqnalların gəlməsi sevindiricidir”.

Xəbər 1751 dəfə oxunub.




11.03.2025  18:37 

Bəs, “ədalət“ nədir?


BÜTÜN XƏBƏRLƏR +