Tramp Kanadaya bu taarifi 50%-ə qaldırdı
Azərbaycan kimi seçir: Türkiyə, yoxsa İsrail?
Bu Mərkəz nazirin arvadına 120 min icarə haqqı ödəyir
Moskvaya hücum: Qurbanların sayı artır
Leks Fridman təyyarə hücumundan necə sağ çıxıb?
Ciddədə Ukrayna - ABŞ danışıqları başladı
Qarabağ qazisi diasporu və QHT-ləri sərt tənqid etdi
Bakıda sürücünü maşından çıxarıb döydülər
Kimlər pulsuz ev alacaqlar?
Bu restoranın qarşısında diqqətli olun!


08.03.2025  11:11 

Məmurların oğurladıqları milyonlar Avropada belə müsadirə olunur - Foto/Fakt





A+  A-

Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın müsadirə olunan mülkləri satışa çıxarılıb.

XəzərNews.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Məlumata görə, satışa çıxarılan əmlaklar Z.Hacıyevanın London Naytsbrikdəki 14 milyon funt sterlinq (30 238 019 AZN) qiymətində olan evi və Askotdakı qolf klubudur. Hər iki mülk ümumilikdə 19,5 milyon funt-sterlinqə satışa çıxarılıb.

Bildirilib ki, payızda aktivləri satmaq üçün London Ali Məhkəməsi tərəfindən qəyyum təyin edilib və satış üçün onlayn reklamlar fevralın sonundan etibarən yayımlanmağa başlayıb.

1990-cı illərin əvvəllərində hazırlanan Qolf klubu bazarda 4,75 milyon funt-sterlinqədir:


Naytsbrik “Walton Street”də yerləşən dəbdəbəli ev isə 14,75 funt-sterlinqə satışa qoyulub. Malikanə Harrodsdan beş dəqiqəlik məsafədədir:


Qeyd edək ki, Böyük Britaniya Milli Cinayətkarlıqla Mübarizə Agentliyi (NCA) keçən il sözügedən qolf klubu və evin fırıldaqçılıq, mənimsəmə, saxta qeydiyyat, habelə, çirkli pulların yuyulması yolu ilə əldə edildiyini açıqlamışdı.

2018-ci ildə sözügedən agentlik Cahangir Hacıyevin İngiltərədəki əmlakının satılmaması və ya kiməsə verilməməsi üçün ona həbs qoymuşdu.

Xatırladaq ki, Cahangir Hacıyev 2015-ci ilin martına qədər ABB-nin idarə Heyətinin sədri olub. Növbəti il o, mənimsəmə, vəzifədən sui-istifadə, dələduzluq və israfa görə Azərbaycan məhkəməsi tərəfindən məhkum edilib. O, 2019-cu ildə ABB-nin Moskva filialından oğurluğa görə də məhkum edilib və hazırda Bakıda 16 il 6 ay müddətinə həbs cəzası çəkir./AzPolitika

Xəbər 535 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.03.2025  18:37 

Bəs, “ədalət“ nədir?

11.03.2025  14:37 

Yel çərşənbəniz mübarək!

11.03.2025  10:34 

Kimlər pulsuz ev alacaqlar?

10.03.2025  18:24 

Tofiq Yaqubluya hökm oxundu


BÜTÜN XƏBƏRLƏR +