Ağadadaş Ağayevlə bağlı hökm yanlış tirajlanıb? - VİDEO
Paytaxtda nə qədər üztanıma kamerası var?
Türkiyəli “biznesmen“in arxasında hansı qüvvələr dayanıb?
Qohumlar arasında nikah qadağan olunur
Zelenskinin istefası müzakirə edilməyib – Fox News
Mərkəzi Gömrük Hospitalında nə baş verir?
1 milyonluq mənimsəmədən 100 mini ödənilib?
Kim boşanmaq istəyir: Kişilər, yoxsa qadınlar?
Ruslar Odessanı “İsgəndər-M” raketi ilə vurdu
Əfv Məsələləri Komissiyası bu gün də toplaşacaq


03.02.2025  12:45 

Mətin Mirzəyə yeni vəzifə verildi





A+  A-

Uzun illərdir diplomatiya sahəsində xidmət edən Mətin Mirzə (mərhum Xalq artisti, keçmiş millət vəkili Mikayıl Mirzənin oğlu) yeni vəzifəyə təyin olunub.

XəzərNews.az Modern.az-a istinadla xəbər verir ki, Mətin Mirzəyə yüksək etimad göstərilib və o, bir müddət öncə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyində müşavir vəzifəsində işə başlayıb.

Məlumatı Mətin Mirzənin özü də Modern.az-a təsdiqləyib. O, bu günlərdə səfirliyin müşaviri kimi Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin İranda keçirdiyi görüşlərdə də iştirak edib.

Xatırladaq ki, 2000-ci illərin əvvələrində XİN-in mətbuat katibi olmuş Mətin Mirzə KİV-lə uğurlu əlaqələr yarada bilən əməkdaş kimi yadda qalıb. O, 2006-cı ildə mətbuat xidmətindən gedəndən sonra XİN-də digər vəzifələrdə çalışıb. 2008-2011-ci illərdə Azərbaycanın İndoneziyadakı səfirliyində müşavir işləyib. 2011-ci ildə Vətənə qayıtdıqdan sonra bir müddət Xarici İşlər Nazirliyinin (XİN) müvafiq idarəsində fəaliyyətini davam etdirib.
2013-cü ilin sentyabrında yenidən səfir müşaviri kimi təyinat alıb. Beş il Azərbaycanın Çindəki səfirliyində çalışandan sonra yenidən Azərbaycana qayıdan diplomat XİN sistemində xidmətini davam etdirib.

Qeyd edək ki, Azərbaycan ilə İran arasında yaranmış gərginlik səbəbindən Tehrandakı səfirliyimiz bir müddət fəaliyyətinə ara vermişdi. Belə ki, 27 yanvar 2023-cü ildə Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum ediləndən iki gün diplomatlarımız Tehrandan Bakıya evakuasiya olunmuş və diplomatik korpusun fəaliyyəti dayandırılmışdı.

İki ölkə arasında aparılmış danışıqlar nəticəsində 2024-cü il iyulun 15-dən etibarən Azərbaycanın İrandakı səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib. Səfir Əli Əliyev və səfirliyin heyəti İrana geri dönüb.

Xəbər 1796 dəfə oxunub.




11.03.2025  18:37 

Bəs, “ədalət“ nədir?

11.03.2025  14:37 

Yel çərşənbəniz mübarək!


BÜTÜN XƏBƏRLƏR +