Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


13.12.2023  20:30 

Cəlilabadda örüş sahəsindən tapança aşkarlanıb





A+  A-

Cəlilabadda örüş sahəsindən tapança aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Xəzərnews.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib. Qeyd olunan tədbirlər nəticəsində rayon sakini N.Abdullayev Günəşli kəndinin ərazisindəki örüş sahəsindən tapdığı 1 ədəd “Valter” tipli tapança və 5 ədəd patronu könüllü olaraq Cəlilabad RPŞ-yə təqdim edib.

Bundan əlavə, Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində 11 nəfər rayon sakini müvafiq sənədləri olmadan qanunsuz olaraq saxladıqları ov silahlarını könüllü təhvil veriblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.


Xəbər 1683 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +